Modern.az

Türkiyədə qaz hasilatı iki dəfədən çox ARTIB

Türkiyədə qaz hasilatı iki dəfədən çox ARTIB

İqtisadiyyat

16 İyun 2024, 18:23

Türkiyədə təbii qaz hasilatının həcmi 2023-cü ilin yekunlarına görə 807,3 milyon kubmetrə çatıb ki, bu da ötən ilin göstəricisindən 113 faiz çoxdur (379,8 milyon kubmetr).

 

Modern.az Türkiyə Enerji Bazarının tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir ki, hasilatın artması Türkiyənin Qara dəniz sektorundakı Sakarya yatağının aktiv işlənməsi ilə əlaqədardır, oradan hasil edilən mavi yanacaq 2023-cü ilin sentyabrından ölkənin qaz paylama sisteminə daxil olur.

 

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bir müddət əvvəl bildirmişdi ki, bu ilin may ayına qədər Qara dənizdə qaz hasilatı sutkada 5 milyon kubmetr səviyyəsinə çatacaq.

 

Ümumiyyətlə, bu gün Türkiyənin on əyalətində qaz hasilatı aparılır. Birinci yerdə qazın Qara dənizdən ötürüldüyü Zonquldakdır, sonuncu yerdə isə gündə 4 min kubmetrlik hasilat həcmi olan Hatay gəlir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əhmədin məhkəməsində qalmaqal