Modern.az

Azərbaycan neftinin qiyməti cüzi artıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

İqtisadiyyat

2 Avqust 2024, 10:30

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,26 ABŞ dolları, yaxud 0,3 % artıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,26 ABŞ dolları, yaxud 0,3 % artaraq 84,28 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR