Modern.az

Beynəlxalq Muğam Mərkəzinin "Dəyirmi masa"sı 5 yaşına çatdı

Beynəlxalq Muğam Mərkəzinin

Mədəniyyət

30 Noyabr 2022, 10:42

Beynəlxalq Muğam Mərkəzinin "Dəyirmi masa" layihəsinin fəaliyyətə başlamasından 5 il ötür.

Bu barədə Modern.az-a “Dəyirmi masa” layihəsinin koordinatoru Gülhüseyn Kazımlı məlumat verib.

O bildirib ki, “Dəyirmi masa” layihəsinin məqsədi Azərbaycan milli mədəni irsinin təbliğinə xidmət etməkdir.


G.Kazımlının sözlərinə görə, "Dəyirmi masa" layihəsinin rəhbəri, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov faydalı bir iş ortaya qoyub.

Layihə çərçivəsində muğam və qəzəllərə, aşıq musiqisinin dünəni və bugününə, bayatılara, musiqinin müxtəlif janrlarını əhatə edən digər mövzulara dair maraqlı tədbirlər keçirilib.


“Bugünə qədər layihədə iştirak edən elm və mədəniyyət xadimlərini, dəyərli musiqiçilərimizi, Beynəlxalq Muğam Mərkəzinin bizə hər cür şərait yaradan əməkdaşlarını ürəkdən təbrik edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər