Modern.az

Lavrov iranlı həmkarı ilə Moskvada görüşəcək

Lavrov iranlı həmkarı ilə Moskvada görüşəcək

Dünya

23 Mart 2023, 12:34

Rusiya və İranın xarici işlər nazirləri Moskvada görüşəcəklər.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, Sergey Lavrov və Hüseyn Əmir Abdullahian arasında danışıqların martın 29-da keçiriləcəyini söyləyib.

 

Zaxarova qeyd edib ki, Lavrov-Abdullahian danışıqlarında iki ölkə arasında münasibətlər, İranın nüvə proqramı, Suriya, Əfqanıstandakı vəziyyət, Yaxın Şərq, Cənubi Qafqaz və Xəzər problematikası müzakirə olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi