Modern.az

Misirdən Rumıniyaya gedən Panama gəmisi Türkiyədə xarab oldu

Misirdən Rumıniyaya gedən Panama gəmisi Türkiyədə xarab oldu

Dünya

25 May 2023, 10:56

Misirdən Rumıniyaya gedən, 128 metr uzunluğunda olan 6177 tonluq Panamaya məxsus "Maximus 1" gəmisində Dardanel boğazından keçərkən nasazlıq yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Gəminin kapitanı vəziyyəti radio ilə bildirdikdən sonra Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsinin “Türkeli” ehtiyat gəmisi əraziyə göndərilib.

 

“Maximus 1” gəmisi “Türkeli”nin müşayiəti ilə Şevketiyeyə aparılıb və orada lövbər salıb. Boğazda su nəqliyyatı vasitələrinin hərəkətində problem yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri