Modern.az

Sinan Oğandan tənqidlərə cavab: Hər şeyin öz vaxtı var

Sinan Oğandan tənqidlərə cavab: Hər şeyin öz vaxtı var

Dünya

25 May 2023, 13:47

Türkiyədə ATA İttifaqının prezidentliyə namizədi olmuş Sinan Oğan ikinci tur seçkilərində AKP lideri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyinə görə onu tənqid edənlərə cavab verib.

 

Modern.az xəbər verir ki, Azərbaycan əsilli siyasətçi tənqidlərə cavab olaraq instaqram hesabında paylaşım edib.

 

"Heç kimə kin saxlamıram, amma kimin nə etdiyini də unutmuram. Bəzən çox şeylər qarşısında səssiz qalıram. Amma necə deyərlər, hər şeyin öz vaxtı var. Mən doğru vaxtı gözləyirəm. Heç bir işdən xəbərsiz olduğumu düşünməyin. Sadəcə bunlarla maraqlanmaq istəmirəm", - deyə S.Oğan vurğulayıb.

 

Qeyd edək ki, Sinan Oğanın seçkilərin ikinci turunda AKP lideri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi siyasi müstəvidə geniş müzakirələrə səbəb olub. Ərdoğan tərəfdarları Oğanın qərarını alqışla, bəzi müxalifət nümayəndələri isə təhqirlə qarşılayıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri