Modern.az

Daha iki partiyanın sədri namizəd olacaqları dairələri elan etdi

Daha iki partiyanın sədri namizəd olacaqları dairələri elan etdi

Ölkə

17 İyul 2024, 16:04

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun hansı seçki dairəsindən namizəd olacaqları məlum olub.

 

Hər iki partiya sədri məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, o, 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsindən namizədliyini irəli sürüb: "Lazımi sənədləri təqdim etmişəm. İmza vərəqələrini gözləyirik".

 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası bu seçki dairəsindən Asiman Babayevin namizədliyini irəli sürüb.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə  43 saylı Sumqayıt İkinci seçki dairəsindən namizədliyimi irəli sürdüyünü söyləyib. "İmza vərəqələrini toplayıram", - Partiya sədri qeyd edib.

 

Hakim Yeni Azərbaycan Partiyasının sözügedən seçki dairəsindən namizədi isə VI çağırış Milli Məclisin komitə sədri Tahir Mirkişilidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri