Modern.az

Ombudsmanın maaşının artırılmasına razılıq verildi

Ombudsmanın maaşının artırılmasına razılıq verildi

Parlament

22 İyun 2022, 13:13

İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) maaşı artırılır. 

 

Modern.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. 

 

Dəyişikliyə əsasən, ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manat olacaq. Bundan əlavə müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə ödəniləcək.

 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu