Modern.az

İslam əxlaqına sadiq qalacağıq - Fəzail İbrahimli

İslam əxlaqına sadiq qalacağıq - Fəzail İbrahimli

Parlament

30 Mart 2023, 15:18

Azərbaycanda dövlət və din kifayət qədər həssas məsələdir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində keçirilən “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” adlı toplantıda komitə sədri Fəzail İbrahimli bildirib. 

 

“Ölkə uzun illər kommunist rejimin altında yaşayıb. Bu rejimdə bir şüar var idi ki, din xalq üçün tiryəkdir. Bu ideologiya adı altında yeni nəsil formalaşdı. Dinsiz bir dünya hökm sürməyə başladı. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra da islam əxlaqına, düşüncəsinə sadiq qaldı və düşünürəm ki, bundan sonra da qalacaq. Eyni zamanda qeyd edim ki, ölkədə bütün dini cərəyanlara azadlıq verilir və fəaliyyət göstərir. Ona görə də Azərbaycan hazırda dövrünün ən şanlı dövrünü yaşayır”,- deyə komitə sədri bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır