Yeni Azərbaycan Partiyası (YAP) indiyə kimi onu parlamentdə təmsil edən xanım deputatı yeni namizədlər siyahısına salmayıb.
Modern.az saytının məlumatına görə, indiyədək 111 saylı Zaqatala – Balakən seçki dairəsini Milli Məclisdə təmsil edən Kamilə Əliyeva YAP-ın bu gün açıqlanan deputatlığa namizədlər siyahısında yer almayıb.
Əvəzində həmin dairədən Vüsalə Yusif qızı Mahmudova deputatlığa namizəd göstərilib.
Qeyd edək ki, Kamilə Əliyeva dördüncü, beşinci, altıncı çağırış Milli Məclisin deputatı olub.
YAP üzvü olan K.Əliyeva hazırda Bakı Dövlət Universitetinin Genetika və təkamül təlimi kafedrasının müdiridir.