Modern.az

Qarabağda 69 min hektar ərazi minalardan təmizlənib

Qarabağda 69 min hektar ərazi minalardan təmizlənib

Qarabağ

6 Mart 2023, 13:08

Bu günə qədər Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 68 953 hektar ərazini minalardan təmizləyib.

 

Modern.az xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında ANAMA-nın Əməliyyat idarəsinin rəisi İdris İsmayılov bildirib.

 

Onun sözlərinə görə, həmin ərazilərdə tapılmış mina, partlamamış silah və sursatın sayı 82 744 ədəddir.

 

"Təmizlənmiş ərazilərin 8,1 %-i və yaxud təxminən 5 600 hektarı nəqliyyat və rabitə xətlərinin keçəcəyi ərazilərdir. Aşkar edilmiş mina, partlamamış silah və sursatın 1/5-i bu ərazilərin payına düşür. Agentlik dəmiryol xətti üzrə 1 070 hektar ərazini təmizləyib, o cümlədən ötən ilin 12 noyabr tarixində Bərdə-Ağdam dəmiryol xətti üzrə 128 hektar ərazini təmizlənərək təhvil verib. Füzuli-Zəngilan-Ağbənd dəmiryol xətti üzrə isə 941 hektar ərazi təmizlənib və ötən il Nazirlər Kabinetinin tədbirlər planı tam icra olunub. Lakin bu il yol yatağında genişlənmə işlərini nəzərə alaraq əlavə 77 hektar ərazinin təmizlənməsi nəzərdə tutulur. Hazırda Agentlik Füzuli-Ağdam, Qubadlı-Mahmudlu-Yazı düzü və Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarında minatəmizləmə işlərini davam etdirir. Ümumiyyətlə 2023-cü ilin tədbirlər planında 820,1 hektar ərazinin mina, partlamamış silah və hərbi sursardan təmizlənməsi nəzərdə tutulur", - deyə idarə rəisi əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı