Modern.az

Qərbi Azərbaycana qayıdışla bağlı müzakirələr aparılıb

Qərbi Azərbaycana qayıdışla bağlı müzakirələr aparılıb

Qərbi Azərbaycan

25 Yanvar 2023, 09:56

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsi üzrə yekunlaşdırıcı müzakirələr keçirilib.

 

Bu barədə Modern.az-a Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, yanvarın 24-də İcmanın əsas orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələr zamanı Konsepsiyanın layihəsi müzakirə edilib, mətn üzrə bir sıra əlavə və dəyişikliklər edilib.

 

Katiblik heyətinə Konsepsiya layihəsi üzərində redaktə işlərini tamamlamaq tapşırılıb. İcmanın İdarə Heyətinin bugünkü iclasında Qayıdış Konsepsiyasının layihəsinə baxılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu