Modern.az

Əvvəl kitab hədiyyə edərdilər, indi isə pul istəyirlər – 8 MART SORĞUSU

Əvvəl kitab hədiyyə edərdilər, indi isə pul istəyirlər – 8 MART SORĞUSU

8 Mart 2023, 12:33

İllər ötdükcə insanların arzu və istəkləri dəyişir, ancaq özəl günlərin mahiyyəti dəyişməz olaraq qalır. Elə 8 Mart kimi..

 

Bu tarix dünyanın digər ölkələri ilə yanaşı, Azərbaycanda da Qadınlar Günü kimi qeyd olunur. Bayram adət-ənənəsinə uyğun olaraq xanımların özəl günündə bəylər onları təbrik edir, xoş arzu və istəklərini çatdırır. Bayramın ən maraqlı məqamı isə hədiyyə seçimidir. Müşahidələr göstərir ki, bəylər imkan daxilində əsasən gül və ətir almağa üstünlük verirlər. Maddi durumu yaxşı olanlar isə bahalı hədiyyələrlə yaxın çevrəsindəki xanımları sevindirməyə çalışır. 

 

Bəs əvvəllər necə idi? Xanımlar bəylərdən hansı hədiyyəni gözləyərdi?

 

Modern.az paytaxt sakinləri arasında sorğu keçirərək, suallara cavab almağa çalışıb.

 

Orta yaşlı nəslin nümayəndələri arasında apardığımız videosorğuda fərqli fikirlər səsləndirilib. Xanımların sözlərinə görə, əvvəllər də gül xanımların sevimlisi hədiyyəsi olub, bu gün də belədir. Digər müsahiblərimiz isə deyiblər: "Biz gənc olanda xanımlara kitab hədiyyə edərdilər, indikilər isə pul istəyirlər", "əvvəllər çiçək alardıq, indi kasıbçılıqdı, kişilər hədiyyə ala bilmirlər".

 

Daha ətraflı videoda:

 

Operator: Əjdər İbrahimov

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü