Modern.az

Dərslərin 1 sentyabrdan başlaması təklifinə rəsmi REAKSİYA

Dərslərin 1 sentyabrdan başlaması təklifinə rəsmi REAKSİYA

21 İyun 2022, 15:20

Təhsil Nazirliyi Milli Məclisin deputatı Fazil Mustafanın növbəti tədris ilinin sentyabrın 1-dən başlaması ilə bağlı təklifinə münasibət bildirib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavabında məsələnin təmsil etdiyi qurumun səlahiyyətində olmadığını deyib.

 

“Bilik Günü Nazirlər Kabineti tərəfindən verilən qərar əsasında sentyabrın 15-i müəyyən edilib. Nazirlik olaraq, biz hər hansı şərh verə bilmərik", - deyə C.Valehov vurğulayıb.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov saytımıza açıqlamasında həmkarına dəstək olub. Deputat hesab edir ki, dərs ilinin sentyabrın 1-də başlayıb, mayın 31-də yekunlaşması daha münasibdir:

 

“Amma burada dərs proqramları, orta məktəbdə tədris edilən fənlərin mövcud vəziyyəti və bütün məsələlər nəzərə alınmalıdır. İyun ayında istilər düşür. İnsanlarımız da əvvəldən öyrəşmişdilər ki, sentyabrın 1-i dərslər başlayır, mayın sonu bitir. İstənilən halda bu məsələdə Təhsil Nazirliyinin də mövqeyi önəmlidir”.

 

Qeyd edək ki, deputat Fazil Mustafa Azərbaycanda Bilik Gününün sentyabrın 1-də keçirilməsi haqqında məsələ qaldırıb. Deputatın təklifi ötən gündən etibarən sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi