Modern.az

Müəllimlərin maaşları artımla verilmədi - Nazirlik səbəbini AÇIQLADI

Müəllimlərin maaşları artımla verilmədi - Nazirlik səbəbini AÇIQLADI

2 Mart 2023, 11:10

Prezident İlham Əliyevin fevralın 23-də imzaladığı sərəncamla Azərbaycanın dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. 

 

Martın 1-də əməkhaqlarını alan müəllimlərdən bəziləri Modern.az-a müraciət edərək maaşlarında artım olmadığını bildiriblər. Onların sözlərinə görə, məktəb rəhbərliyi artımların verilməməsinin səbəbini izah etməyib.

 

Modern.az məsələyə aydınlıq gətirmək məqsədilə Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov saytımıza açıqlamasında bildirib ki, maaşların artımı ilə bağlı mexanizm hazırlanır:

 

"Bəli, maaşlar artımla veriləcək. Lakin maaşların artımla veriləcəyi tarix bilinmir.  Bu maliyyə əməliyyatıdır. Məsələ ilə bağlı sxem hazırlanmalıdır. Çünki artımla maaş alacaq müəllimlərin sayı az deyil. Yaxın vaxtlarda tarixlə bağlı məlumat veriləcək".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı