Modern.az

Qırmızı attestat almaq üçün bütün qiymətlər “5” olmalıdır - RƏSMİ

Qırmızı attestat almaq üçün bütün qiymətlər “5” olmalıdır - RƏSMİ

Təhsil

5 İyun 2023, 13:30

Qırmızı attestat almaq üçün buraxılış imtahanlarında bütün fənlərdən 5 almaq lazımdır.

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri ilə keçirilən görüşdə bildirib.


"Hər il məktəblərdə sentyabr konfransı keçiririk. Uşaq gedib imtahanda "2" qiyməti alır, yekun qiymətləndirmədə isə ona "5" yazırlar. Ancaq attestata "2" yazılır. Biz neçə uşağın attestatda "2", məktəbin yekun qiymətləndirilməsində "5" aldığını yoxlamışıq. Belə hallar bir faizdən azdır", - deyə nazirlik rəsmisi qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı