Modern.az

6-cı siniflərdə biologiya və fizika tədris olunmayacaq

6-cı siniflərdə biologiya və fizika tədris olunmayacaq

5 İyun 2023, 13:38

Orta məktəblərdə fənlərin sayına baxmağa ehtiyac var.

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

 

Onun sözlərinə görə, məktəblərdə fənlərin say və standartlarına, məzmununa yenidən baxılması üçün müzakirələrə başlanılıb.

 

"Nazirlikdə müzakirələr gedir. Gələn ildən 5-ci siniflərdə Təbiət dərsliyinin tədrisinə başlanılacaq, əvəzinə isə 6-cı siniflərdə biologiya və fizika dərslikləri tədris olunmayacaq", - deyə nazirlik rəsmisi qeyd edib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu