Modern.az

Şagirdin iddia olunan səs yazısı ARAŞDIRILIR

Şagirdin iddia olunan səs yazısı ARAŞDIRILIR

25 Fevral 2024, 13:53

Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, artıq ötən həftədən etibarən idarə tərəfindən araşdırma başlanılıb.

 

"Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib. Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq", - açıqlamada deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri