Modern.az

1209 müəllimin cavab verə bilmədiyi sadə sual...

1209 müəllimin cavab verə bilmədiyi sadə sual...

Təhsil

11 İyun 2024, 19:04

Bazar günü 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı təşkil olunub. Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.

 

Modern.az xəbər verir ki, Təhsil İnstitutu ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas suallarını ictimaiyyətə açıqlayıb.

 

Qurum, həmçinin sualların neçə nəfər tərəfindən düzgün yazılması barədə də məlumat yayıb.

 

Sosial şəbəkələrdə yüzlərlə müəllimim sadə sualları düzgün cavablandıra bilməməsi müzakirələrə səbəb olub.

 

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 3663 nəfərin 33 faizi - 1209-u 509052 ədədinin sözlə düzgün yazılışını tapa bilməyib.

 

Qeyd edək ki, 3424 nəfər i bubtidai sinif müəllimi imtahanda keçid balını toplaya bilməyib.

 

Sözügedən sualı təqdim edirik:

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı