Ermənilər 5 hərbçi meyitinin şəxsiyyətini təyin edə bilmirlər

Ermənilər 5 hərbçi meyitinin şəxsiyyətini təyin edə bilmirlər

Zəngəzur

4 Noyabr 2022, 17:34

Oktyabrın 27-də Azərbaycan tərəfinin təhvil verdiyi 10 meyitdən 5-nin şəxsiyyəti artıq müəyyən edilib, qalan 5-nin yox.


Modern.az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan parlamentdə keçirdiyi brifinqdə deyib.

“Qalan cəsədlərin müayinəsi başa çatdıqdan sonra Səhiyyə Nazirliyi bu barədə məlumat verəcək”, - o əlavə edib.


44 günlük müharibədə ölən hərbçilərin cəsədlərinin identifikasiyası barədə danışan Avanesyan bu prosesin tam başa çatdığını xatırladıb.
 

Bundan əvvəl, oktyabrın 20-də Avanesyan jurnalistlərə bildirib ki, sentyabr döyüşləri zamanı ölən əsgərlərin meyitlərinin tanınması da başa çatıb. Onların sayı 201-dir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı