Modern.az

2018-ci ildə vəfat edən dünya məşhurları - SİYAHI

2018-ci ildə vəfat edən dünya məşhurları - SİYAHI

Mədəni̇yyət

27 Dekabr 2018, 13:45

Geridə qoymağa hazırlaşdığımız 2018-cui il nailiyyətləri, uğurları və müsbət emosiyaları ilə yanaşı, ağır itkilər ili kimi də yadda qaldı. İncəsənətin, elmin, idmanın və s. sahələrin bir çox tanınmışları 2018-ci ildə həyatla vidalaşdılar.

 

Modern.az 2018-ci ildə həyatla vidalaşan məşhurların siyahısını təqdim edir.

 

Dolores O`Riordan (6 sentyabr 1971 – 15 yanvar 2018). Tanınmış irlandiyalı müğənni, bəstəkar və dünyaca tanınmış The Cranberries rok qrupunun vokalisti olub .

 

Oleq Tabakov (17 avqust 1935 – 12 mart 2018). SSRİ Xalq artisti, aktyor, teatr və kino rejissoru, pedaqoq. O, Anton Çexov adına MXT teatrının bədii rəhbəri və direktoru olub.

 

Yuber de Jivanşi (21 fevral 1927 – 10 mart 2018). Fransız modelyeri və Givenchy moda evinin yaradıcısıdır.

 

Stiven Hokinq (8 yanvar 1942 – 14 mart 2018). İngilis fiziki, kosmoloqu, yazçısı və Kembric Universitetinin Nəzəri Kosmologiya Mərkəzinin elim işlər üzrə direktoru.

 

Miloş Forman (18 fevral 1932 – 13 aprel 2018). Yəhudi əsilli Çexiya və ABŞ kinorejissoru və ssenaristi. O, 2 dəfə “Ən yaxşı rejissor” nominasiyasında “Oskar” mükafatı qazanıb. Forman “Qu quşu yuvası üzərindən uçuş”, “Amadey”, “Valmon” və s. filmlərin müəllifidir.

 

Entoni Burden (25 iyun 1956 – 8 iyun 2018).  Amerikalı aşbaz, yazıçı, səyahətçi və televiziya aparıcısı olub. Burden dünyanın ən nüfuzlu aşbazlarından biri sayılırdı.

 

Areta Franklin (25 mart 1942 – 16 avqust 2018). Məşhur amerikalı blyuz və soul ifaçısıdır. Güclü vokal qabiliyyətlərinə görə onu soulun kraliçası adlandırırlar. 2008-ci ilin noyabrında onu ən məlahətli səsə malik müğənni elan etmişdilər.

 

Con Makkeyn (29 avqust 1936 – 25 avqust 2018). ABŞ dövlət xadimi və siyasətçisi. Arizona ştatından (1987 – 2018) senator, Senatın Silahlı Qüvvələt üzrə Komitəsinin sədri (2015-2018) olub.

 

İosif Kobzon (11 sentyabr 1937 – 30 avqust 2018). Sovet və Rusiya estrada müğənnisi, siyasi və ictimai xadimİ və SSRİ Xalq artisti.

Şarl Aznavur (22 may 1924 – 1 oktyabr 2018). Erməni mənşəli fransız şansonyesi, bəstəkarı və aktyoru.

 

Camal Kaşıkçı (13 oktyabr 1958 – 2 oktyabr 2018) – Səudiyyə Ərəbistanından olan jurnalist, yazıçı. O, ABŞ və Səudiyyə Ərəbistanı hakimiyyətlərinin sərt tənqidçisi kimi tanınıb. Oktybarın 2-də İstanbulda Səudiyyə Ərəbistanı konsulluğunun ərazisində vəhşicəsinə qətlə yetirilib.

 

Monserrat Kabalye (12 aprel 1933 – 6 oktyabr 2018) – İspaniyalı opera müğənnisi.

 

Pol Allen (21 yanvar 1953 – 15 oktyabr 2018). Microsoft korporasiyasının həmtəsisçisi.

 

Nikolay Karatsentev (27 oktyabr 1944 – 26 oktyabr 2018) – Rusiya və SSRİ Xalq artisti. O, 1989-cu ildə Rusiyanın Xalq artisti adını alıb. Aktyor 100-dən artıq filmdə rol alıb.

 

Sten Li (28 dekabr 1922 – 12 noyabr 2018). ABŞ yazıçısı, prodüseri, aparcısı və komiks ustası. Bir neçə rəssamla əməkdaşlıq çərçivəsində Hörümçək-adam, Halk, Doktor Strenc, Tor və İks İnsanlar kimi obrazlar yaradıb.

 

Bernardo Bertoluççi (16 mart 1941 – 26 noyabr 2018). İtaliyalı kinorejissor, şair və dramaturqdur. 1987-ci ildə “Sonuncu İmperator” filminə görə Oskar mükafatı da qazanıb.

 

Ata Corc Buş (12 iyun 1924 – 30 noyabr 2018). O ABŞ-ın 41-ci prezidenti (1989-1993) və 43-cü vitse-prezidenti (1981-1989) olub. Ata Buş bundan başqa, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, konqresmen və diplomat kimi də fəaliyyət göstərib.

 

Lyudmila Alekseyeva (20 iyul 1927 – 8 dekabr 2018). Tanınmış Sovet dissident və Moskva Helsinki Qrupunun (1976) yaradıcılarından biri və sədri olub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub