Modern.az

Bakı Biznes və Kooperasiya Kollecində "Açıq qapı" günü - FOTO

Bakı Biznes və Kooperasiya Kollecində

Aktual

23 İyun 2022, 14:04

İyunun 23-də Bakı Biznes və Kooperasiya Kollecində "Açıq qapı" günü təşkil olunub.

 

Modern.az xəbər verir ki, “Açıq qapı" günündə Bakı Biznes və Kooperasiya Kollecində təhsil alan tələbələrin valideynləri, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi, qeyri hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də təhsil ekspertləri imtahan otaqlarını gəzib, yaradılan şəraitlə yaxından tanış olub, tələbələrin test suallarına necə cavab vermələrini müşahidə ediblər.

 

Tədbirdə Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Elnur Allahverdiyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi şəhidi Elvin Novruzovun anası Gülşən Novruzova giriş nitqi ilə çıxış ediblər.

 

Sonra Kollecin tədris işləri üzrə direktor müavini Zakir Məmmədov imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi haqqında məlumat verib. Bildirib ki, imtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək əsas iş prinsipidir.

 

Əvvəlcə yazı işləri müvafiq olaraq kodlaşdırılır, sonra tələbənin şəxsi məlumatları olan hissə kəsilərək ayrılır. Bundan sonra müəllim yoxlamaya başlayır. Yoxlama başa çatdıqdan sonra cavab vərəqələri ilə kəsilmiş hissə müvafiq kod ardıcıllığı ilə uyğunlaşdırılır, tələbənin balı ümumi bal vərəqinə yazılaraq yekun qiymət çıxarılır. Diqqət tələb edən bu prosesin tətbiqi olduqca zəruridir. Çünki bu halda imtahanı yoxlayan müəllim hansı tələbənin cavabını yoxladığını bilmir, bu da yoxlama prosesinə subyektiv yanaşmanı aradan qaldırır və nəticədə daha obyektiv qiymətləndirmə aparılmış olur.

 

Sonra Kollecin rəhbərliyi, valideynlər və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə ediblər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanıblar.

 

Sonda valideyinlər Bakı Biznes və Kooperasiya Kollecinin rəhbərliyinə imtahan prosesinin ictimaiyyətə bu cür açıq və şffaf şəkildə təqdim edilməsinə görə təşəkkürünü bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu