Modern.az

Prezident Bakıdakı konfransın əhəmiyyətindən söz açdı

Prezident Bakıdakı konfransın əhəmiyyətindən söz açdı

Aktual

25 Noyabr 2022, 10:48

Bu konfrans bizə regionun reallıqlarını, Azərbaycanın planlarını və qonşu dövlətlərlə ünsiyyətimizi daha yaxşı anlamağa imkan verəcək.

 

Modern.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

 

Dövlətimizin başçısı bildirib ki, bugünkü konfransın əsas mövzusu Orta Dəhliz olsa da, iştirakçıları nəzərə alsaq, biz, həmçinin siyasət, təhlükəsizlik və iqtisadiyyat məsələlərini də müzakirə edəcəyik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu