Modern.az

Hər bir çirkin plana Ordumuz cavab verəcək - İlham Əliyev (VİDEO)

Hər bir çirkin plana Ordumuz cavab verəcək - İlham Əliyev (VİDEO)

Aktual

18 Mart 2023, 14:24

"Bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, müzəffər Ordumuz cavab verəcək".

 

Modern.az xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində söyləyib.

 

"İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu, Ermənistana nə qədər yardımlar göndərildi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək”, - deyən dövlət başçısı vurğulayıb ki, bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır