Modern.az

“UNEC COURSERA-nın təkcə Azərbaycan deyil, regionda təbii əməkdaşıdır”

“UNEC COURSERA-nın təkcə Azərbaycan deyil, regionda təbii əməkdaşıdır”

Aktual

12 Fevral 2024, 17:10

COURSERA beynəlxalq onlayn təhsil platformasının Avropada Universitet üzrə əməkdaşlıq direktoru Andy Poole UNEC-də olub.

 

Andy Polle UNEC-in EDUMAN platforması, UNEC Ekstern Mərkəzi (Distant Təhsil Mərkəzi), hibrid auditoriyalar, UNEC Bloomberg Maliyyə Laboratoriyası, imtahan zalı, Karyera Mərkəzi, 7/24 kitabxanası ilə tanış olduqdan sonra rektor, professor Ədalət Muradovla görüşüb.

 

UNEC-də təhsilin rəqəmsallaşması istiqamətində görülmüş işləri yüksək qiymətləndirən Andy Poole bildirib ki, UNEC COURSERA-nın təkcə Azərbaycanda deyil, bütövlükdə regionda təbii əməkdaşıdır.

 

Görüşdə “UNEC-100” İnkişaf Strategiyasında müəyyən edilmiş hədəflərə nail olmağa yardım məqsədilə COURSERA-nın UNEC-in tədris prosesinə inteqrasiya edilməsi, Karyera Akademiyası, UNEC-in müəllim və əməkdaşlarının Süni İntellekt (AI) və Generativ Süni İntellekt (GAI) üzrə kurslarda iştirak imkanları və digər mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri