Baş nazir Nikol Paşinyan parlamentdə bəyan edib ki, bütün ermənilərin katolikosu II Qaregin və eks-prezident Robert Köçəryanın rəhbərlik etdiyi etiraz hərəkatınən üzvləri tərəfindən polisə hücum olub.
Modern.az-ın məlumatına görə, dünən gecəki toqquşmaya diqqət çəkən Paşinyan deyib:
"Polisin cavabı qanuni və peşəkar idi və bütün oxşar hallarda polis eyni şəkildə hərəkət edəcək".
Paşinyanın sözlərinə görə, etirazçılar parlamentə hücum etmək üçün polis kordonunu yarmağa çalışıblar.
“Polis Ermənistanın qanunvericilik institutunu, polis Ermənistanın dövlətçiliyini qorudu”, - baş nazir vurğulayıb.
Qeyd edək ki, etirazçıları idarə edən keşiş Baqrat Qalstanyan onları bu gün axşam saat 20:00-da Baqramyan-Dəmirçiyan prospektlərinin kəsişməsinə toplaşmağa çağırıb.