Modern.az

Paşinyan Azərbaycanla sərhədə gəldi, delimitasiyaya dəstək İSTƏDİ

Paşinyan Azərbaycanla sərhədə gəldi, delimitasiyaya dəstək İSTƏDİ

17 İyun 2024, 08:36

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanlı sərhəddə yerləşən Zəngəzur (Sünik) bölgəsinə səfər edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfər zamanı hökumət başçısı bölgədə həyata keçirilən işlərin gedişi ilə tanış olub.

Baş nazirin ilk dayanacağı Qafan şəhəri olub, sonra o, M-2 İrəvan-Arazdəyən-Gorus-Meğri-İran sərhədi avtomobil yolunda işlərin gedişi ilə tanış olub.

Ardınca Nikol Paşinyan Qafan rayonunun bir sıra kəndlərinə gedib, yerli sakinlərlə görüşüb, onların problemləri ilə tanış olub.

Paşinyan qeyd edib ki, mövcud problemlər hökumətin diqqət mərkəzindədir və onların əhəmiyyətinə uyğun olaraq, müvafiq həlli yolları tapılacaq.

Baş nazirin son dayanacağı Şurnuxu kəndi olub. Qeyd edək ki, bu kənd Azərbaycanın Qubadlı rayonu ilə həmsərhəddir.

Orada Nikol Paşinyan yeni tikilən fərdi evlərin paylanması üçün keçirilən püşkatma mərasimində iştirak edib. Dövlət Proqramının icrası nəticəsində 13 ailə üçün fərdi yaşayış evi tikilib. Paşinyan həmin evlərdə yaradılan şəraitlə tanış olub və sakinləri təbrik edib.

Baş nazir vurğulayıb ki, o, bütün yerlərdə sülh və delimitasiya gündəmlərinə dəstək hiss edir.

“Biz çətin prosesdən keçirik, lakin bu gün ölkəmiz sabit, müstəqil, suverendir və öz suverenlik və müstəqillik səviyyəsini hər gün artırır. Bu, ilk növbədə, anlayış və ictimaiyyətin dəstəyi sayəsində baş verir”, - Paşinyan delimitasiyanımn vacibliyini deyib.

Xatırladaq ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra Şurnuxu kəndi idtiqamətində insident olmuşdu. İşğal dövründə Azərbaycanın sərhəd bölgəsindəki torpaqlarını mənimsəyərək Şurnuxu kəndinin ərazisinə qatan ermənilər orada 13 ev tikmişdilər. 2021-ci ildə əvvəlində Ordumuz həmin torpaqları Azərbaycanın nəzarətinə qaytarmışdı. O zaman ermənilərin qanunsuz tikdikləri evlər əllərindən çıxmışdı. Nəticədə həm də ərazidən keçən Gorus-Qafan yolunun 21 km-lik hissəsinə nəzarət də Azərbaycana keçmişdi.
2021-ci ilin sentyabrında isə Azərbaycan tərəfi haqlı olaraq Gorus-Qafan yolunda gömrük və polis postu qurmuşdu. Bu tədbirlər nəticəsində o zaman həm də Gorus-Qafan yolu ilə Xankəndidəki separatçılara qanunsuz yükdaşımalarına son qoyulmuşdu.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı