Modern.az

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna qəbul olunanlar and içiblər - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna qəbul olunanlar and içiblər - FOTOLAR

Aktual

24 İyun 2024, 17:45

Kənd Təsərrüfatı Nazirliyində müvafiq müsabiqə və müsahibə mərhələlərində uğur qazanaraq nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə yeni işə qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Dövlət Qulluqçularının Peşə Bayramı Günü”nə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib. Nazir bildirib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir dövlət qulluğu sisteminin inkişafını daim diqqət mərkəzində saxlayır. Qeyd olunub ki, ölkəmizdə idarəçilik sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması, səmərəli kadr hazırlığı və rəqabətli mühitin yaradılması prioritet vəzifələrdəndir. Nazir dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların dövlət qulluqçuları qarşısında müəyyən edilən - dövlətə sədaqət, insanların hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaşlara keyfiyyətli xidmət ilə bağlı prinsiplərə daim əməl etməyə borclu olduqlarını vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2024-cü il tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan 9 nəfərin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif etdiyini xatırladan Məcnun Məmmədov göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Daha sonra son 1 ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların müsabiqə və müsahibə mərhələsində yüksək nəticə əldə edən, inzibati vəzifələr üzrə sınaq müddətini uğurla başa vuran, ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən 47 gənc əməkdaş “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq Azərbaycan Respublikasına sadiq olacaqlarına, ölkəmizin Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücləri ilə və vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.

Andiçmə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilib.

Nazir Məcnun Məmmədov 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə tədbir iştirakçılarını və medallarla təltif olunan əməkdaşları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna qəbul olunanların andiçmə mərasimi keçirildi - FOTOLAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?