Modern.az

İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın yaşıl gündəliyini geniş şəkildə ehtiva edir

İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın yaşıl gündəliyini geniş şəkildə ehtiva edir

Aktual

25 İyun 2024, 10:10

Bu gün Azərbaycan dünya birliyində artıq təkcə əsas enerji ixrac edən ölkə, ən müxtəlif sivilizasiyaların qovuşduğu etibarlı məkan kimi tanınmır. Həm də ölkəmiz artıq yaşıl enerji siyasəti üçün ən təşəbbüskar ölkə kimi də dünya gündəmindədir. Bu yaxınlarda Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri Azərbaycanın bu istiqamətdəki mühüm addımlarından xəbər verir. İyunun 21-də Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi də Azərbaycanın yaşıl gündəliyini geniş şəkildə ehtiva edir. Bu müsahibə həm də bu istiqamətdə bütövlükdə regionun perspektiv enerji xəritəsini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir. Xüsusən Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda dünyanın təmiz enerjiyə transformasiya nəbzinin Azərbaycanda döyündüyünü nəzərə alsaq, dövlətimizin başçısının verdiyi bəyanatların həlledici əhəmiyyəti, təbii ki, mübahisə doğurmur. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə qətiyyətinin göstəricisidir.

 

Proseslərin bu cür inkişafı daha bir reallığı – Azərbaycanda yaxşı sərmayə mühitinin olmasını meydana çıxarır ki, müsahibədə Prezident İlham Əliyev bu məqama da xüsusi diqqət çəkir. Nəticədə, neft və qaz istehsalçısı qismində olduğu kimi Azərbaycan qlobal miqyasda bərpaolunan enerji sahəsində strateji tərəfdaş kimi özünü təsdiq edə bilməkdədir.

 

Azərbaycanın özünün ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəltməsi bu sahədə Bakıya inamı daha da möhkəmləndirir. Bu isə əlavə addımları zərurətə çevirir ki, Prezident İlham Əliyevin də dediyi kimi, “biz, ilk növbədə, milli enerji şəbəkəmizi gücləndirməli, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalı, ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq.” Azərbaycan Prezidentinin cari müsahibəsində də ifadə etdiyi kimi, “Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq.”

 

Dövlətimizin başçısı müsahibədə bildirib ki, Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Həm də gerçəklik ondan ibarətdir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.

 

Dövlətimizin başçısının bu müsahibəsi son illərin qlobal problemlərini əhatələyib və dövlət başçımız verilən sualları Azərbaycanın dövlət maraqları baxımından şərh edib. Azərbaycanda yaxşı sərmayə mühiti olduğunu qeyd edən Prezident İlham Əliyev qeyd edib ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sa­hibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzəri­mi­zə düşən öhdəlikdir. Prezident İlham Əliyevin müsahibəsindən SİTAT: “Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”.

 

Beləliklə, bu gün COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə həm də böyük məsuliyyət qoyur. Azərbaycan isə həmin məsuliyyətlə də bu sınaqlardan uğurla çıxacaq!

 

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Twitter
Sizə yeni tvit var
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?