Modern.az

Müharibələrdən pul qazananlar - Dünyanın ən böyük silah şirkətləri AÇIQLANDI

Müharibələrdən pul qazananlar - Dünyanın ən böyük silah şirkətləri AÇIQLANDI

Analitika

4 Dekabr 2023, 11:20

2022-ci ildə qlobal müdafiə sənayesinin 100 ən böyük şirkətinin silah və hərbi xidmət satışından əldə etdiyi gəlir 597 milyard dollar təşkil edib. 

 

Modern.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında qeyd edilib.

 

Rusiyanın Ukraynada apardığı işğalçı müharibənin davam etməsinə baxmayaraq, ötən il silah satışları 2021-ci illə müqayisədə 3,5% azalıb.

 

SIPRI qeyd edib ki, Amerika və Avropa şirkətləri məhsullarına tələbatın artmasına baxmayaraq, istehsalı əhəmiyyətli dərəcədə artıra bilməyiblər. Mütəxəssislər bunu işçi qüvvəsi çatışmazlığı, artan xərclər və tədarük zəncirinin pozulması ilə əlaqələndirirlər. Qeyd olunur ki, sifarişlər ilin sonunda verilib və bu səbəbdən tələbin artması 2022-ci ildə gəlirlərə təsir etməyib.

 

SIPRI-nin hərbi xərclər və silah istehsalı proqramının direktoru Lusi Beraud-Sudreau deyir ki, bir çox silah şirkəti istehsalı yüksək intensivlikli müharibəyə uyğunlaşdırmaqda çətinlik çəkdilər. Buna baxmayaraq, o, sifarişlərin 2023-cü və ondan sonrakı illərdə qazanclara təsir edəcəyini gözləyir.

 

ABŞ-ın 40 silah şirkətinin gəlirləri 7,9% azalaraq 302 milyard dollara enib. Lakin ilk 100 ən böyük silah istehsalçısı siyahısındakı şirkətlərin gəlirlərinin 51%-i ABŞ şirkətlərinim payına düşür. Avropanın 26 istehsalçısının gəlirləri 0,9% artaraq 121 milyard dollara çatıb.

Ən böyük istehsalçıların siyahısına iki Rusiya şirkəti - "Rostex" və Birləşmiş Gəmiqayırma Korporasiyası (USC) daxildir. Onlar müvafiq olaraq 16,8 milyard və 3,95 milyard dollar gəlirlə 10-cu və 36-cı yerləri tuturlar. Onların ümumi gəliri 12% azalıb.

 

SIPRI Rusiyadan məlumat çatışmazlığı olduğunu bildirir. Rus şirkətlərinin gəlirləri təxminən qeyd olunub.  "Rostec"in silah satışından əldə etdiyi gəlirlər əsasən “yüksək inflyasiya” səbəbindən 9,9% azalıb. Nominal ifadədə gəlirlər artıb. SIPRI siyahısına yalnız bir Ukrayna şirkəti - "Ukroboronprom" daxil edilib. Onun gəlirləri 10% azalaraq 1,3 milyard dollara düşüb.

 

Asiya və Okeaniya istehsalçılarının gəlirləri 3,1% artaraq 134 milyard dollara çatıb. Satışlarda ən böyük artım Yaxın Şərqdə müşahidə olunub. Gəlir 11% artaraq 17,9 milyard dollara çatıb. SIPRI hesab edir ki, daha az texnoloji mürəkkəb məhsullar üzrə ixtisaslaşan Yaxın Şərq şirkətləri artan tələb fonunda istehsalı sürətlə artıra biliblər.

 

1303650

"Bayraktar TB-2" pilotsuz uçuş aparatlarını istehsal edən Türkiyənin "Baykar" şirkəti 94% satış artımından sonra ilk dəfə 100 ən böyük şirkət siyahısına girməyi bacarıb. Bu, reytinqdə ən yüksək dinamikadır.

 

Reytinqdə səkkiz Çin şirkəti yer alıb. Onların gəlirləri 2,7% artaraq 108 milyard dollara çatıb. Çin ümumi gəlirlərin 18%-lə ikinci ən böyük payına malikdir. Böyük Britaniya isə gəlirlərini 2,6% artıraraq 41,8 milyard dollara çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok