Modern.az

İlham Əliyev andiçmədən sonra ilk səfərini bu ölkəyə edəcək...

İlham Əliyev andiçmədən sonra ilk səfərini bu ölkəyə edəcək...

Analitika

12 Fevral 2024, 14:36

7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyev seçicilərin 92,12%-nin səsini toplayaraq növbəti dəfə dövlət başçısı seçilib.

 

Prezidentin andiçmə mərasiminin bu həftə keçiriləcəyi gözlənilir. Dövlət başçılarının andiçmədən sonra ilk xarici səfərləri olduqca vacib olur və dünya mətbuatı tərəfindən diqqətlə izlənilir.

 

İlham Əliyevin də andiçmədən sonra ilk səfər edəcəyi xarici ölkənin hara olacağı maraq doğrur. Belə fikirlər var ki, prezidentin ilk səfəri məhz qardaş Türkiyəyə olacaq.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü Naqif Həmzəyev bildirib ki, azərbaycanlı siyasilərin ilk səfərini Türkiyəyə etməsi adət halını alıb:

 

“Cənab İlham Əliyevin yenidən seçilməsinin ardından ilk hansı ölkəyə səfər edəcəyi, həqiqətən də,maraq doğurur. Bu məqamda demək lazımdır ki, artıq Azərbaycanda və Türkiyədə siyasilərin ilk səfərini hara etməsi ilə bağlı ənənə mövcuddur. Belə ki, Azərbaycan siyasətçiləri ilk səfərlərini Türkiyəyə etdiyi kimi, Türkiyə rəsmiləri də ilk səfərlərini Azərbaycana edir. Düşünürəm ki, bu ənənəyə cənab prezident də sadiq qalacaq. O, yeni dövrdə ilk səfərini Türkiyəyə edəcək. İstənilən halda Azərbaycan bütün qonşuları ilə dostluq, qardaşlıq və xoş münasibətlərini qoruyub-saxlamaqda maraqlıdır. Mən inanıram ki, Ermənistan da haqq yoluna dönəcək. Bu il Ermənistanla sülh müqaviləsini imzalamaq və dayanaqlı, uzunmüddətli sülhə nail olmaq  bizə qismət olacaq”.

Naqif Həmzəyev yeni dövrdə görüləcək işlərdən də danışıb:

 

“Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevə etimad göstərdi. Nəticədə, İlham Əliyev səslərin böyük bir hissəsini toplayaraq yenidən seçildi. Azərbaycan, artıq yeni dövrə qədəm qoyur. Cənab prezidentin rəhbərliyi altında bu dövrdə yeni çağırışların həll edilməsi, Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılması, ölkəmizin regionda öz güc və qüdrətini qoruyub saxlamaqla yanaşı, daha da güclənməsi, bölgədə sülhün qarantı olması, Qərbi Azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması, Qarabağ və Şərqi Zəngəzurun ən qısa zamanda tam bərpa olunaraq məcburi köçkünlərimizin yaşaması üçün tam hazır vəziyyətə gətirilməsi  və oraların cənnətməkana çevrilərək Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi baş tutacaq. Eyni zamanda gənclərin dostu olan cənab İlham Əliyev onların bütün arzu və istklərinin də rellaşdırılmasına nail ola biləcək”.

 

Türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu İlham Əliyevin ilk səfərini Türkiyəyə edəcəyinə şübhə olmadığını bildirib:

 

“Cənab İlham Əliyevi seçilməyi münasibəti ilə ilk təbrik edən cənab Rəcəb Tayyib Ərdoğan idi. Bu, artıq bizim adətimiz, mədəniyyətimiz olub. Cənab Əliyev ilk olaraq cənab Rəcəb Tayyib Ərdoğanı ziyarət edəcək. Onun ilk səfər edəcəyi ölkənin Türkiyə, ilk ziyarət edəcəyi şəxsin cənab Ərdoğan olacağı şübhə doğurmur”.

İ.Muğlu 7 fevraldakı seçkilər barəsində də danışıb:

 

"Tam demokratik şəkildə seçkilər keçirildi. Sayılmayan, yaxud səhvliklə başqasına verilmiş səslərin olması mümkündür. Əks təqdirdə İlham Əliyev 100 faiz səs almalı olan şəxsdir. Çünki son 100 ildə heç bir dövlət itirdiyi torpaqları geri qaytarmayıb. Cənab İlham Əliyevə Qarabağı azad etməyi Allah nəsib etdi. O torpaqlarda zülm və işgəncə görərək ölən qardaşlarımızın ruhu şad oldu. Sağ qalanlar isə böyük bir ruh yüksəkliyi ilə vətən, millət, bayraq eşqi ilə daha çox bağlılıqlarını bildirdilər. Əliyevin ən böyük xüsusiyyəti Ali Baş Komandan kimi müharibəni idarə etməsi oldu. Beləliklə, səslərin böyük hissəsini İlham Əliyev qazanıb. Gözlənilən nəticə idi".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kəlbəcərdə Ordumuzun qarşısına çıxan şirkət “vuruldu”