Modern.az

Britaniyada yeni seçiləcək hökumətin Azərbaycana münasibəti belə olacaq...

Britaniyada yeni seçiləcək hökumətin Azərbaycana münasibəti belə olacaq...

Analitika

4 İyul 2024, 14:22

İyulun 4-də Böyük Britaniyada parlament seçkiləri başlayıb. İctimai rəy sorğularına görə, hakim Mühafizəkarlar Partiyası onlara müxalifətdə olan Leyboristlər Partiyasından xeyli geridədir. Mühafizəkarların məğlubiyyətə uğrayacağı proqnozlaşdırılır. Proqnozlara görə, onlar parlamentdə yalnız 61 yer qazana biləcəklər (təxminən 9,4%). Eyni zamanda, leyboristlərin 470 mandatla müasir parlament tarixində ən böyük qələbələrdən birini qazanacağı proqnozlaşdırılır.

Bəs Britaniya müxalifətinin Azərbaycanla bağlı mövqeyi necədir? Əgər müxalifətin namizədi qalib gələrək baş nazir seçilərsə, Azərbaycanla bağlı siyasətdə hansı dəyişikliklər ola bilər?


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclin Azərbaycan-Böyük Britaniya Parlamentlərarası İşçi qrupunun üzvü Naqif Həmzəyev də bildirib ki, Böyük Britaniyda keçirilən parlament seçkilərində müxalifətin qazanma ehtimalı böyükdür:

“Böyük Britaniyada parlament seçkiləri keçirilir. İlkin rəy soğularına görə mühafizəkarların məğlub olma ehtimalı var. Bəlkə də, leyboristlər ilk dəfə parlamentdə çox yer tutmaqla partiya tarixinin ən böyük qələbəsini qazanmış olacaqlar. Lakin bütün bu fikirlər ilkin rəylərdir. Biz təbii ki, seçkilərin sonunu gözləməliyik".

Naqif Həmzəyev vurğulayıb ki, yeni hökumət də Azərbaycanla münasibətlərin inkişafında və möhkəmləndirilməsində maraqlı olacaq:

"Düşünürəm ki, mühafizəkarlar məğlub olsa, yaxud səslərinin böyük hissəsini itirsə və yeni hökumət formalaşsa belə, Böyük Britanya-Azərbaycan münasibətlərində heç bir problem yaranmayacaq. Çünki Böyük Britaniya-Azərbaycan münasibətlərini qarşılıqlı etimad, etibar və iqtidsadi əlaqələr təşkil edir. Britaniyanın Azərbaycana qarşı sərgilədəyi siyasətdə kəskin dəyişiklik gözləmirəm. Yeni hökumət ənənəvi münasibətləri qoruyub saxlayacaq. Xüsusilə də, rəsmi Bakının yürütdüyü uğurlu xarici siyasət, Azərbaycanın yaratdığı yeni reallıqlar güc mərkəzlərini Azərbaycanla əlaqələri yaxşı tutmağa məcbur edir. Bəzi  konkret qərəzli mövqe sərgiləyən ölkələr istisna olmaqla Azərbaycanın böyük güclərlə, güc mərkəzləri ilə münasibətləri yaxşıdır. Azərbaycan Cənubi Qafqazda Böyük Britaniyanın ən əsas tərəfdaşlarından biridir və ya birincisidir. Ona görə də Böyük Britaniya uzun illərdir ki, Azərbaycanla qoruyub saxladığı münasibətləri daha da inkişaf etdirmək və güclənən Azərbaycanı özünün dostu, tərəfdaşı kimi saxlamaq istəyəcək. Azərbaycan da Böyük Britaniya ilə münasibətlərinin yüksək səviyyədə olmasını istəyən tərəflərdən biridir".
 

Azərbaycan-Böyük Britaniya Parlamentlərarası İşçi Qrupunun digər üzvü Razi Nurullayev söyləyib ki, Londonun xarici siyasəti oturuşub:

"Böyük Britaniyada keçirilən parlament seçkilərində leyboristlərin şansı daha çoxdur. Onların hazırda hakimiyyətdə olan konservativ Tori Partiyasından 20 faiz öndə olduqları bütün ictimai rəy sorğularında öz əksini tapıb. Ümumiyyətlə, Böyük Britaniyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu ölkənin oturuşmuş xarici siyasəti var. Mənə belə gəlir ki, onlar toxunulmazdır və əsasən dəyişilmir. O baxımdan leyboristlərin hakimiyyətə gəlməsi Azərbaycanla münasibətlərə xələl gətirə bilməz".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi