Arxiv
24 Yanvar 2012, 09:21 | MÜSAHİBƏ
İradə Tuncayın “Karyera”sı: “Hamıdan gözəl mənəm”

“..indi mən diqtə edirəm!”

O, cəmiyyətdə ən çox tanınan qadınlardan biridir. Ölkənin tanınmış qəzetlərindən birinin baş redaktorudur. “Bir içim insan” seriyasından 6 sənədli filmin, “Yol” romanının, “Sarı odalar” kitabının, daha neçə-neçə publisit məqalələrin müəllifidir. Amma “Karyera” rubrikasına dəvəti təəcüblə qarşıladı. Əgər belədirsə, deməli, yazıçı-publisist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay özünü hədəfə çatmış saymır. Mən də elə bu “təəccübdən” keçid elədim suallara:

- Karyera qurmaqla bağlı xəyallarınız gerçəkləşsəydi, İradə Tuncay bu gün hansı mövqedə olmalı idi?

- Yəqin mənimlə razilaşarsiniz ki, “karyera” sözünün özündə bir iddia var artıq. Mən isə umumiyyətlə iddialı insanam və həm də düşünürəm ki, buna haqqım çatır. Öz səhvlərim və günahlarım - bunu deyəndə nəyi nəzərdə tuturam: inadkarlığımı, prinsipiallığımı, hamıya inanmağımı, indi bunları günah və səhv kimi qiymətləndirirəm - olmasaydı, daha yüksəklərdə olmalıydım. Amma indi də nə varsa, çox şükür. Deməli belə olmalıydı, həyatımız yalnız bizdən və istəklərimizdən asılı deyil. Həmişə belə fikirləşirdim ki, kimin mənimlə nə işi, kimsəyə mane olmuram, öz işimdəyəm və sairə… Belə deyilmiş - kənardakı xeyirxahlar sənin gücünü səndən daha yaxşı qiymətləndirə bilirlər və özləri üçün təhlükə saymağa başlayırlar. Hər zaman bunlarla üzləşdim - nəticə də belə oldu. Yenə deyirəm nə olubsa, çox şükür. Amma İradə Tuncayın hansısa bir mövqedə olması cəmiyyətin xeyrinə işləyə bilərdi. Bunu da cəmiyyət düşünsün…

- Tuncay təxəllüsünün tarixçəsi necədir?

- Tuncay kiçik oğlumun adıdır. Bu adı məmləkətə ilk gətirənlərdən olmuşuq. Hətta böyük oğlumun adını belə fikirləşmişdik. Amma onun ismini atam qoydu və biz etiraz edə bilmədik. Sonra ikinci oğlan gələndə artıq başqa bir ad yox idi ağlımızda. Təxəllüsə gəlincə… Yenidən mətbuata qayidanda oğlum yanımda deyildi, Türkiyədə oxuyurdu. 16 yaşlı bir cocuğun hərbi rejimli müəssisədə təhsil almasını fikirləşin, mənim özləmimi fikirləşin... Burda da başqa variant yox idi. Mənim soyadım İbrahimovadı. Bu familiyada artiq bir müğənni vardı - necə deyərlər, bu da artıq öz-özünə həllini tapmış oldu. Bu da tarixçə...

- Az.TV-də niyə tez-tez işdən çıxarıblar sizi? Yəni Məmməd Arazın qızını nəzərə almaq mümkün deyildi?

- Bu sualı mənə yox, onlara vermək lazımdı. Onlardan da həyatda olanı ancaq  Məmməd  Muraddı. Kefi belə istəyib, edib də… Nə demək olar… Atamın bu işə nə dəxli ola bilərdi, deyə düşünə bilərdim. Çünki gördüyünüz kimi mən-mənəm də. Aglım, savadım, qabiliyyətim yerindədi hər halda. Bir az da artıq deyim, hətta başqalarından artıqdı da… Yəqin elə bu keyfiyyətlər səbəb olub.
Xalq yazıçısı Elçin bir yazısında yazmışdı bunu: “Strateji qələbəyə aparan yol istedadın taktiki qələbəsindən keçir”. Bunu çox düşünmüşəm həmişə. Hər addımda istedadlı adamın üstündən xətt çəkib arxaya itələyirlərsə, burda hansı strategiya və taktika işləyir? Görünən budur ki, bütün məmləkət “ZƏİF BƏND” oyununun iştirakçısıdı.Yadınızdadı da bu oyun...

İnsan xislətinə xas bəzi cəhətlər bu oyunda qabardılıb - yəni başqaları ilə sazişə girib özündən güclünü kənarlaşdırmaq. Hind-Çin ölkələrində bu oyun mentalitetə ziyanlı ünsür kimi qadağan olunub. Amma bir çox ölkələrdə uğurla nümayiş olunur, bizdə də eləcə. Düşünürəm ki, bu oyun bizim təfəkkürümüzə, həyat tərzimizə çox yaxındır. Yadınıza salın, görün həyatımız boyu bu və ya digər şəkildə nə qədər zəif bənd, zəif həlqə yerinə qoyulmuşuq. Həyatımızın böyük bir hissəsini elə yaşamalı olmuşuq ki, bilməmişik ağlımız, savadımız, biliyimiz olduğunu göstərək, ya özümüzü gicliyə vuraq. Şəxsən mənim özlüyümdə gəldiyim bir qənaət var ki, tarixin bütün dönəmlərində kütlədən seçilə bilən, fərd ola bilən, şəxsiyyət ola bilənlər öz dövrünün "persona non qrata"sı olublar. Sonra tarixin ələyi öz işinə başlayanda dövrün istənməyənləri zamanın istəklisinə çevriliblər. Öz fiziki ömürlərini çoxdan başa vurmuş şəxslər (qeyd edim ki, bu başa vurmaqlar əksər hallarda dar ağacında, tonqalda, cəllad kötüyündə bitib) hər zaman bəşəriyyətin hərəkətverici - aparıcı qüvvələri olublar. Ətrafdakı həşəratlar onları nə qədər didişdirsə də, dünyanı fırladan qüvvə hər halda Qaliley kimilərdir, məcbur olub bundan imtina etsələr də…

…İşdən çıxardılar…Atam həmişəki kimi susdu. Mən çəkildim içimə. Beləcə ömrümün neçə ili getdi. Sonra ölkənin birinci şəxsinin yanında açıldı bu məsələ. Vurnuxma başladı və mənə zəng elədilər. Dedim qayıtmıram… Mən “ZƏİF BƏND” oyununun qurbanı olmuşam hər zaman…

- İctimai həyatdakı bu günkü yeriniz Sizi qane edirmi?

- İctimai həyat… Qane edir təbii… Mən harda olsam, İradə Tuncayam. Harda olsam, cəmiyyətə faydalı olmağa çalışıram. Umumiyyətlə, ictimai həyat nədir, mən öz yerimi bilirəm. Vəssalam. Həyatdakı yer çox mürəkkəb sualdı. İnsan hər zaman səadət axtarışındadı. Fərdi maraq əməlləri müəyyən edir. İşin mənəvi tərəfi budur ki, bu axtarışlara aparan yollarda şəxsi maraqla ümumi maraqlar üst-üstə düşsün, bir nəfərin xoşbəxtliyi üçün yüz minlərin günü qara olmasın.

İnsanı cəmiyyətdən kənarda təsəvvür etmək mümkün deyil. Onun idrakını da, şəxsiyyətini də ətraf mühit bəlirləyir. Eyni həyat şərtləri müəyyən ictimai qruplar, siniflər, təbəqələrin xarakterini formalaşdırır. Ona görə də insanı və onun psixologiyasını mənsub olduğu zaman, məkan və ictimai mövqe kontekstində öyrənirlər. İnsan tək deyil, başqalarının, özünəbənzərlərin əhatəsindədir. Onların hər birinin öz səadət axtarışı var. Bu fərdi istəklərin izi ilə gedib bir-biriylə toqquşurlar və bir-birinə mane də olurlar. Nəticə də məlum. Belə bir məntiqi sonluq da vermək olar - hər hansı fərdin xoşbəxtliyi başqasının xoşbəxtliyindən asılıdır. Hər kəs yolunu elə getməlidir ki, ümumilikdə cəmiyyətə faydalı olsun. Əks halda başqa maraqlarla kəllə-kəlləyə gələcək və kimsə də istəyinə çatmayacaq.

İnsanın davranışını, əməllərini formalaşdıran ən güclü stimullardan biri şöhrət, başqaları tərəfindən təqdir olunmaq istəyidir. Bu məqsədin dalınca yollanırsansa qarşına məkr, xəyanət, həsəd də çıxacaq. Bu maneələri necə dəf eləmək isə hər kəsin özünə aid bir şey. Amma hakim və qanunverən elə bir sistem, elə quruluş yaratmalıdır ki, bir nəfərin şəxsi istəkləri digərinə quyu olmasın, birinin səadəti digərinin fəlakəti olmasın.

Biz dünyaya gəlmişiksə, demək yuxarıdakı mütləq qüvvənin nə isə bir məqsədi varmış. Və həyat bizə yer verməyə borcludur. O yerdə necə oturmaq isə artıq bizə aid olan borcdur. Oturduğumuz yermi bizə yaraşıq olacaq, yoxsa biz həmin yeri qiymətli edəcəyik? Bu isə artıq hər bir insanın ömrüdür, taleyidir, tərcümeyi-halıdır. Hər kəs bir anadan doğulur, öz evində böyüyür, öz sevgisi, sevgilisi, övladı olur. Bu təbii "fərdiyyətçiliyin" təsirindəndirmi ki, insanın öz cığırı, öz yolu, yaradıcılıq eşqi özünə daha doğma, daha yaxındır. Hər kəs sevincini də, ağrı-kədərini də tək yaşayır. Yəni bölüşə bilirsənsə də, yük öz çiynində qalır. Və yaşaya-yaşaya görəndə ki, səni fərd olmaq istəyindən uzaqlaşdırmaq arzusunda olanlar çoxdur, fərd olmağın kimsəyə sərf eləmir, düşünməyə məcbur olursan. Zəif bənd kimi qırılıb atılmamaq üçün buyuruqçuluq psixologiyası ilə barışıb başqasının iradəsi ilə "bəli, baş üstə, irəli-geri, sağa-sola" hərəkətləri... Hər kəs kimi. Bəlkə bunu öz düşüncəsi, öz dünyagörüşü, öz “mən”i olmayanlara tətbiq etmək çox normaldır. Cəmiyyətdə böyük əksəriyyət göstəriş olmadan bircə addım da ata bilmir. Amma sayı çox az olan bir kəsim var ki, onların "mən"ini görmək və qiymətləndirmək lazımdır. Çünki biz sabaha onların çiynində gedəcəyik. Həmin o sabahkı gündə də fərqi olmayacaq, bu adamlar öz dövrlərində hansı vəzifəni tutublar, hansı kresloda oturublar. Əbədi dəyərlər var - Söz və əməl.

- Aqil müəllim Sizin karyera qurmağınıza kömək edib, yoxsa mane olub?

- Hər şey gözəldi həyatda… Allah razı olsun!!!

- Mənimlə razılaşırsınızmı ki, bizim cəmiyyətdə qadın iki şey arasında seçim etməlidir. Ya karyera, ya ailə. Söhbət azərbaycansayağı ailədən gedir. Görüntü üçün yanında kimisə saxlamaqdan yox.

- Mənə belə gəlir ki, yetərincə fədakarlıq etmişəm. Həm qadın kimi, həm də ana kimi. İndi ancaq özüm haqqında düşünürəm və kimsənin də fikri mənimçün önəmli deyil. Çox xırdalıqlar var və mən bu barədə danışmaq istəmirəm. Yazılarımda ya birbaşa, ya da dolayısıyla bunları yazmışam. Desəm təkrar olacaq. Belə deyim də, HAMİDAN GÖZƏL MƏNƏM , ANCAQ HEÇ DANIŞMIRAM… Çox təriflədim özümü deyəsən. Bir dostum var, mən belə danışan kimi deyir: “Ay aman, fəlakət, bu qız əldən getdi, qoymayın"!.. Bir də bir söz deyim, bizim ailələrin əksəriyyəti elə görüntü naminə mövcuddur. İndi ola bilər bizim qəzetin koridorlarında “süpürgəlik edən əxlaq qoruyucuları” narazı görkəmlə abırdan-ismətdən danışmağa başlasınlar. Lazım deyil - hamı haqqında hər şeyi bilirəm.

- Sizə elə gəlmirmi ki, vaxtında televiziyaya yox, mətbuata - yazılı jurnalistikaya üz tutsaydınız, daha çox uğur qazanardınız?

- Televiziya elə bir sahədir ki, burda hamı ərazi iddasındadı. Televiziya hər kəsi maraqlandıran ərazidir. Siyasətçilər öz hökmləri ilə, sənətçilər öz havası ilə, tamaşaçılar da öz mühakimələri ilə burda ərazi iddiasındadırlar. Hər hansı bir şəxsin hazırlanıb bu qutudan söz deməsi üçün ən azı beş il lazımdır. Görünən budur ki, bizim məmləkətdə kanal bolluğu olsa da, kadr qıtlığı mövcuddur. Və ağzını açıb bir kəlmə söz demək istəyəndə Məşədi İbadsayağı fikirləşməlisən ki, “belə desəm, Gəncə qumarbazlarının xoşuna gəlməyəcək, belə desəm, Şamaxı lotularının, belə desəm də, Qarabağın pambıq bəylərinin”. Axırda bir nəticəyə gələcəksən ki, “yaxışısı budur indinin bütün obrazovonnıları kimi ağzına su al, otur”.
Amma hər zaman susmaq da olmur axı? Yazılı mətbuatı da, televiziyaları da, hər iki cinahı yaxşı tanıyan biri kimi deyirəm ki, kadr məsələsində televiziyalar uduzurlar yazılı mətbuata. Hər ikisi ideologiyaya xidmət etsə də, daha dogrusu, elə bir görüntü yaratsa da, yazılı mətbuat ağır gələcək. Bəlkə sizin sualınız da bundan doğur. Qəzetlərin oxucusu varsa, bu artıq agıllı oxucudu və sənin imzanı gözləyən oxucudu. Amma deyim ki, televiziyada çalışdığım vaxt da mənim öz tamaşaçım vardı və bu insanlar da düşünməyi bacaran insanlar idi. İndi kimdən soruşsan deyir ki, mən bizim TV-ləri izləmirəm. Qorxulu bir tendensiyadı bu, təbii, anlayanlar üçün. Mən bu gün öz fikrimdə qalıram ki, ana dilində iki cümləni ifadə edə bilməyənləri ideoloji sahəyə yaxın qoymalı deyillər. Göndərsinlər tikintiyə, səhiyyəyə, idmana, amma ideologiyada sırf milli kadrlar işləməlidir. Özün zəifsənsə təbii ki, ətrafındakı güclülərdən qorxacaqsan. Qəribədir, bu prosesləri hər kəs görür, bircə "görmək" vəzifə borcu olanlardan başqa. Vəzifə çox müvəqqətidir, adama da müvəqqəti səlahiyyətlər verir. Və sən kimisə öz cazibənə salmaq istəyirsənsə, ağlını işlət, əlinin altındakı telefonları və düymələri yox. Çünki hər kəsi zora, gücə tabe eləmək olmur. Bu münasibətlərdə həm də sevgi olmalıdır. Vəzifə o zaman dəyərli olur ki, səndən ancaq qorxmurlar, həm də sevirlər. Öz işçilərinə dəyər verə bilənlər özləri dəyərli olurlar. Yazı-pozu adamlarını isə heç vəchlə zəif bənd eləmək olmaz. Çünki onlar sonradan daha güclü zəncirbənd təşkil eləyə, qura bilərlər.

…Nə qədər atılıb-düşsək də, nə qədər özümüzü öysək də, tariximizi nə qədər çözələsək də, arayıb-tapa biləcəyimiz, söykənə biləcəyimiz əməllərin, hadisələrin sayı çox azdır. Yazılmış və yazılmamış tarixin böyük faizi əsarət tarixidir. Və əgər indiyə kimi xalq dediyimiz bu insanlar özəlliyini, özünəməxsusluğunu, dilini qoruyub saxlaya bilibsə, mən bilmirəm kimə şükürlü olaq - taleyəmi, zamanın gərdişinəmi, Tanrıyamı? Hər halda, bu günə gəlib çıxmışıq. Bundan sonra nə olacağı isə məni çox düşündürür. Laqeyd ola bilmirəm - çünki mən də, övladlarım da, onların gələcək nəsli də burda yaşayacaqlar. Daş öz yerində ağırdır və bu daşı yerindən tərpədib başqa xalqların qayalarına, dağlarına yapışdırmaq cəhdi heç də uğurlu olmayacaq. Özü də anlasaq ki, anlamaq istəsək ki, dünya üçün bizim "daş"ımız çox ağırdır, bu çabalamaqların nə faydası? Dünya bizimlə beş-daş oynayır, ağlımızı işlətsək, bu daşları yavaş-yavaş yığıb saxlayardıq, zamanı gələndə heç olmasa başqa silahımız yoxsa da, daşla cavab verərdik. Əvvəldə dedim ki, əsarət tariximizin söykənə biləcəyi hadisələrin sayı azdır. Amma bizim söz, fikir tariximiz var. Bunu kimsə inkar edə bilməz. Xalqın istəklərini, arzularını hər zaman onun sözü ifadə edib, qılıncımız olmayıb. Xalq həm də onu deyib ki, "qılınc yarası sağalır, söz yarası sağalmır". Bəlkə elə bundandır ki, söz deyənləri dara çəkiblər, dərisini soyublar, güllələyiblər. Min ildən artıq söz tarixi olan bizlər niyə belə günə qalmışıq ki, söz ürəyimizi deşsə də susuruq. Özü də xırda, merkantil maraqlarımıza görə susuruq, “Palaza bürün, elnən sürün” prinsipini işə salırıq. Sürünmək istəməyənlər necə olsun? Hamı ilan görkəminə düşmək istəmirsə necə olsun?

Televizor hər evdə, ailədə ayrıca bir üzvdür. Hər evin, ailənin istəklərindən asılı olaraq günün müəyyən saatlarında ya dünyada baş verəndən xəbər verir, ya oxuyur, ya siyasətçilərin yalan-doğru dediklərini çatdırır, ya da olub-keçənləri xatırladır. Bu mənada televiziya həm də tarixin daşıyıcısıdır, arxivdir. Amma arxivə münasibət birmənalı deyil. Hər zaman kəsiyinə həmin dövrün ağaları sahiblik edir. Arxivdə qalmış tarixin necə göstəriləcəyi də həmin sahiblərdən asılıdır. Ya üstündən sükutla keçəcəklər, ya da qara haşiyələrə alacaqlar. Bu artıq həyatımızın normasına çevrilib və biz də buna uyğunlaşmışıq. Bilmirəm izah edə bildimmi, yəni hardayamsa, bu dediyim prinsipləri cəmiyyətin xeyrinə dəyişməyə çalışmışam.

- İliniz və bürcünüz nədir? Belə şeylərə inanırsınız?

- Qaban ilində, Əqrəb bürcü altında doğulmuşam. Bürcümün də, ilimin də özəlliklərini daşıyıram. Məni yaxından tanıyanlar bilirlər bunu -sancmağım da var, birbaşa tarana getməyim də. Dəhşətli qəzəbim də var, kinim də. Ədalət hissi çox güclüdü məndə. Əqrəb çox maraqlı bürcdü. Ulduz falıyla məşğul olanlar bilir bunu. Amma son vaxtlar başqa bir kəşfim olub. Mayya təqvimi ilə ilgiləndim və məlum oldu ki , bu təqvimə görə mənim adım (yəni bürcüm ) Şimşəkdi. Maraqla bürcün özəlliklərini oxudum və gördüm ki, tam isabət. Bu təqvimə görə, Şimşək ən üstün bürcdü və dünyanın çox məşhurları həmin Şimşək günündə doğulublar. Bu adamlar çox emosionaldılar, hətta çox sakit olduqları vaxtda da gözlərindən daxili gərginliyi və hisslərinin gücü bilinirmiş. Elə şimşək kimi çaxıb anidən hər şeyi işıqlandırmaq gücü varmış. Bu Şimşəyin həm pozitiv, həm də neqativ hisslərinə aid imiş. Və dəyişkən halları olurmuş Şimşəyin, anidən böyük sevinci anlaşılmaz kədərə dönüşə bilirmiş.

Amma onlar lap kiçik yaşlarından öz güclərinə bələd olduqlarından hər zaman bu gücü istiqamətləndirməyi və yönətməyi də bacarırlarmış. Və öz iç dünyası ilə əbədi savaş onların simasına bir tragik möhür də vururmuş. Xasiyyəti başına bəlaymış Şimşəyin - içindəki həyəcanlar, təbəddülatlar rahat qoymurmuş onu ömrü boyu. Bu xasiyyət onun ətrafındakı adamlara da çox əziyyət verirmiş. Diqqət çəkə bilir, diqqət mərkəzində ola bilir və buna səbəb onun xarici görkəmi, ən əsası isə şimşək kimi çaxan gözləriymiş. Bu adamlar özlərini daha çox sənətdə, ədəbiyyatda realizə edə bilirlərmiş. Nüvə enerjisi kimidi Şimşəklər - həm dağıdıcı, həm də yaradıcı özəlliyi var. Və Şimşək həyatını məsud yaşamaq istəyirsə, içindəki hüzuru bulmalıdı. O zaman heç kimə müəssər olmayan zirvələrin fəthi şəksiz bir şey. Tam bir bəlaymış bu Şimşək! Sən demə ötüb getmiş 2011-ci il Şimşəklərin iliymiş. Bəzi hadisələri tutuşdurdum gördüm ki, həqiqətən belədi. Qismətə çox inanıram və təsadüflərin olmadığını düşünürəm. Mistikaya meylli insanam…

- Bir müddət işləməmisiniz. Amma meydana çıxan kimi yenə diqqəti cəlb etdiniz, məşhurlaşdınız. Sizcə, bu Aqil Abbasın həyat yoldaşı olmağınızla bağlı idi, yoxsa ağıllı bir qadının cəmiyyətə ötürdüyü maraqlı mesajlarla?

- Mən yenidən gələndə mətbuata nə alnıma, nə də sinəmə yazıb yapışdırmamışdım ki, mən filankəsin qızıyam, filankəsin yoldaşıyam. Olduğum kimi gəldim - məni qəbul etdilər… Bir az keçdi tanıdılar. Bu qədər bəsit …

- “Ədalət” qəzetində işləməyə başlamağınız hansı məcburiyyətdən irəli gəldi? İş tapmaq problemindən, Aqil Abbasa “nəzarətin” zərurətə çevrilməyindən, yoxsa hansısa başqa səbəbdən?

- Qəzetə gəlişim barədə də çox danışmışam. Danışsam, təkrar olacaq. Sadaladığınız səbəblərin hamısı vardı. Hər halda mənim gəlişim çox fəlakətlərin qarşısını aldı. Həm şəxsi, həm də ictimai anlamda. Qəzeti çöküşdən qurtarmaq lazım idi.

- Gənclik Sizi sevir və qəbul edir. Gəncliklə ayaqlaşmağa özünüz çalışırsınız, yoxsa təbiətiniz belədir?

- Gəncliyin məni sevdiyini bilirəm. Onlar bizim kimi korlanmayıblar hələ və səmimi olan kimsələri qəbul edirlər. Beziblər yalançı əxlaqla, yalançı kanonlarla yaşamaqdan. Və belə olan halda düşüncələrinə yaxın olan, amma nəyəsə də yardımda ola biləcək kimsələrə ehtiyacları var onların. Üzünə ağıllı ifadə verib, saxta sözlər danışanları qəbul etmir gənclik. Qürur duyuram - çox gözəl gənclik yetişir. Qul psixologiyasından uzaq, üsyankar, asi və öz məni olan insanlar gəlir cəmiyyətə. Yaxşı olacaq !!!
Qaldı ki, ayaqlaşmağa, onlar mənimlə ayaqlaşmağa çalışsinlar, hələ görüm çata biləcəklərmi? Elə canlılar var ki, elə doğuşdan köhnədilər. Mənim düşüncəm hər zaman bütün yeniliklərə açıqdı. Və hər zaman da belə olacaq. İndi fikir verirəm ki, sosial şəbəkələrdəki arkadaşlarımın boyük əksəriyyəti gənclərdi. Özümə də maraqlı gəlir bu. Hətta bəzilərindən də soruşmuşam səbəbini. Deyirlər sizinlə söhbət maraqlıdı və sizdən yorulmuruq.

- İçinizdən belə bir şey keçirmi ki, yaxşı qadın, yaxşı ana olmağı ikinci plana keçirib, karyeranı önə çəkəsiniz?

- Bu suala əvvəldə qismən cavab verdim deyəsən. Mən əvvəl ailə üçün yaşadım, bütün borclarımdan çıxdım. Nə karyera axı? Mən öz qəlbimin dedikləri ilə yaşayıram. Fədakar qadın obrazından çıxmışam. Öz istəklərim var və mənə elə gəlir ki, cinayət eləmirəm.  

- Müsahibələriniz birində "gecikmiş tale yaşayıram" demisiniz. İndi gecikdiyiniz hədəflərə çatmaq üçün nə etmək fikrindəsiniz?

- Əlbəttə, “gecikmiş vaxt”dan qəddar nə var yer üzündə? İndi əvvəl edə biləcəklərimin yarım faizini də etməyə nə enerjim, nə də zamanım çatır. İri həcmli bioqrafik bir əsər düşünürəm. Görüm tale izn verəcəkmi?

- Sizcə insan nə vaxt karyerasını daha yaxşı qura bilir: şəxsi həyatı yerində olanda, yoxsa, əksinə taleyi gətirməyəndə?

- Burda bəlli bir resept yoxdur. İnsana və mənsub olduğu cəmiyyətə bağlı bir şeydir bu. Kimin gücü nəyə yetirsə…
Təbii, ailə arxa durursa nə gözəl! Bu hissi yaşamaq cox məsud edir insanı. Mən bunları son iki ildə yaşamağa başlamışam. Tanrı qorusun!

- Jurnalistikaya yenidən qayıdışınız mənə maraqlı təsir bağışlayıb. Sanki siz, kiminsə qarşısında özünüzü yenidən təsdiq etmək istəyirsiniz. Yanılıram bəlkə...

- Yanlış qənaətdəsən, canım! Mən özüm bilirəm nəciyəm, nəyəm... Bu dünyada bircə insan var ki, məhz ona sözüm vardı- O DA OZÜMƏM. Mən öz qarşımda isbat etdim özümü. Və bundan da çox məsudam! Əslində bizim cəmiyyətin parametrləri ilə götürsək, guya mənim çatışmayan nəyim ola bilərdi ki… Çox adam belə fikirləşə bilər. Amma insanın içindən kim agah ola bilər…
Mən indi öz həyatımı iki mərhələyə bölürəm (kiçik etapları nəzərə almıram). Zarafatla belə deyirəm:  inqilabdan əvvəl və inqilabdan sonra. Həyatımı kənardan müşahidə dövrü bitib, indi mən diqtə edirəm! Hər kəslə öz anladığı dildə danışıram və görürəm ki, yerbəyer olur hər şey. Bir sözlə, Sevil çadrasın atıb!!!

- Məqsədiniz, hədəfiniz nədir? Neyləmək istəyirsiniz?

- Hədəflər…  Bayaqdan deyəsən elə hədəflərdən danışdıq… Nəyə gücüm çatarsa. Cəmiyyətin durulması, təmizlənməsi üçün, yeni gələn nəsil üçün yolların hamarlaşması üçün, millətin sabahı üçün nəyə gücüm çatarsa… Gəlişi gözəl sözlər deyil bunlar, gerçək düşüncələrim, hisslərimdi… Ömür vəfa etsə...






Qızılgül Abdinova

***
Digər məqalələr:

Yaqub Məmmədovun “Karyera”sı: “Qoşa qanad kimi irəlilədim, uğur qazandım...”
http://modern.az/articles/19777/1/

Vüsalə Mahirqızının “Karyera”sı: “Ona karyera yox, “lotereya” deyərlər...”
http://modern.az/articles/20000/1/

Eks-nazir Siruz Abasbəylinin “Karyera”sı: fotoqraf, montyor.., nazir...
http://modern.az/articles/20179/1/

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18