Arxiv
20 Fervral 2013, 11:50 |
“ANS əsəblərimizlə oynamasın!” - Milli Qəhrəman övladından sərt təpki

“ANS əsəblərimizlə oynamasın! Deməli, onlar öz mənafelərini güdmək üçün bu filmi çəkirlər. Xocalı faciəsinin canlı şahidləri onların marağında deyil. Belə çıxır ki, ANS-i Azərbaycanın gerçək tarixi yox, öz nüfuzu maraqlandırır”. Modern.az-a açıqlamasında bu sözləri Milli Qəhrəman, Xocalı soyqırımı şəhidi Tofiq Hüseynovun qızı Yasəmən Həsənova deyib.

Qeyd edək ki, ANS Sirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov Yasəmən Həsənovanın “Xoca” filmi ilə bağlı narazılığına cavab olaraq qeyd edib ki, kanal Milli Qəhrəmanın qızı qarşısında heç bir öhdəlik götürməyib:
“Allah onun atasına rəhmət eləsin. “Xoca” filmi Yasəmən xanımın xoşuna gəlmirsə, baxmasın. Biz onu bu filmə baxmağa məcbur etmirik ki. Özü bilsin. Biz bəyəm söz vermişdik “Xoca”nı ona bəyəndirəcəyik?”.

Şirkət sözçüsünün bu açıqlamasına Milli Qəhrəmanın qızı sərt təpki göstərdib: “Filmi əvvvəldən heç bəyənməmişdim. Çünki Xocalı alınan zaman heç bir Xocalı sakinin yadına toy etmək düşmürdü. Amma “Xoca” filmi toydan-düyünlə başlanır. O vaxt kimin yadına toy eləmək düşürdü!? Onsuz də əsəbləri məhv olmuş adamların hisslərini bir daha tarıma çəkirlər. Biz onlara hörmət bəsləyirik, onların əziyyətinə hörmətlə yanaşırıq. Amma onlar bizim kiçik bir etirazımıza belə əsəbi tonla cavab verirlər. Mən hələ filmlə bağlı kiçik bir incikliyi çatdırmışdım. Halbuki,  “Xoca”yla bağlı onlarla nöqsan deyə bilərdim. Adın özü belə əllaməlikdir. “Xoca” sözünün Xocalı ilə nə əlaqəsi var axı?”.

Y.Həsənova qeyd edib ki, bu cür film çəkmək özünü usta kino mütəxəssisi sayan Vahid Mustafayeva əsla yaraşmır.
“Şəhidlərimizə hörmət qoysunlar. Həm də Vahid Mustafayevdən bu hörməti daha çox görməliyik. Axı onun da qardaşı şəhiddir”.

Milli Qəhrəmanın qızı ANS-lə bağlı digər bir məqama da toxunub. “Mən sizə bir məlumatı da deyim. Bir neçə gün öncə özünümüdafiə taborunun əsgəri Familə Fərmanlı atamla bağlı ANS-ə getmişdi. Amma onu orada qəbul etməyiblər. Bütün Xocalı əhli Familə xanımı yaxşı tanıyır. Onlar onu necə qəbul etməyiblər? Başa düşə bilmirik”, – deyə Yasəmən Həsənova narazılığını ifadə edib.

Sevinc İltifatqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putindən ETİRAF: “ABŞ-ın bu qərarı məni təşvişə salmışdı” 20 Noyabr 2019, 16:36 Doqquz ayda 46898 nikah, 12713 boşanma... 20 Noyabr 2019, 16:35 Bu il Azərbaycanda 72 üçəm, 4 dördəm doğulub 20 Noyabr 2019, 16:20 Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm SƏRƏNCAM 20 Noyabr 2019, 16:11 Putin Zelenskini “yaraşıqlı” adlandırdı 20 Noyabr 2019, 16:05 Əbülfəs Qarayev Parisdə 4 ölkənin naziri ilə görüşüb - FOTO 20 Noyabr 2019, 15:58 Bakıda “gəlin maşını” yanıb külə döndü - VİDEO 20 Noyabr 2019, 15:51 Azərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıb 20 Noyabr 2019, 15:45 Xəzərin dibi ilə Qazaxıstandan Azərbaycana kabel xətti çəkilir 20 Noyabr 2019, 15:38 Türkiyəli həkimlər Oqtay Gülalıyevi əməliyyat etdilər - Beyninə “trubka”qoyuldu 20 Noyabr 2019, 15:32 Media qarşıdurması: Azərbaycan, yoxsa Ermənistan - ermənilər köhnə yazıların tarixini dəyişdirir 20 Noyabr 2019, 15:26 Nazir müavini Goranboyda məktəbin vəziyyəti ilə tanış olub 20 Noyabr 2019, 15:20 Azərbaycandakı rəsmi işsizlərin SAYI - açılan və bağlanan iş yerləri... 20 Noyabr 2019, 15:12 Baş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYA 20 Noyabr 2019, 15:05 Mehriban Əliyeva Dmitri Medvedevlə görüşəcək 20 Noyabr 2019, 15:04 İlham Əliyevin reytinqi artıb - Mərkəz rəyini açıqladı 20 Noyabr 2019, 14:59 Pərviz Şahbazov ABŞ-a gedib 20 Noyabr 2019, 14:54 Ölkədə muzdla işləyənlərin orta aylıq maaşında artım var 20 Noyabr 2019, 14:43 Azərbaycanda benzin istehsalı artıb - RƏSMİ   20 Noyabr 2019, 14:37 Əhalinin banklardakı əmanətlərinin MƏBLƏĞİ 20 Noyabr 2019, 14:30 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 20 Noyabr 2019, 14:23 İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəticəsini necə tapıb Bakıya GƏTİRDİ... 20 Noyabr 2019, 14:16 Azərbaycanda bahalaşma - RƏQƏMLƏR 20 Noyabr 2019, 14:10 Prezident Beynəlxalq Türk Akademiyasının işinə qiymət verdi 20 Noyabr 2019, 14:04 Prezident iki icra başçısının yerini dəyişdi - SƏRƏNCAM  20 Noyabr 2019, 13:46 Hitlerin doğulduğu ev polis məntəqəsi olacaq 20 Noyabr 2019, 13:45 Bələdiyyə üzvlüyünə namizədlər RƏQƏMDƏ 20 Noyabr 2019, 13:43 AÇ-2020-yə vəsiqə qazanan 20 komanda - SİYAHI 20 Noyabr 2019, 13:38 Musa Quliyev “Şərəf” medalı ilə təltif olundu - FOTO 20 Noyabr 2019, 13:31 İvanişvili 140 milyon dollar İTİRDİ: “Heç vəhşi Rusiyada belə şey olmurdu” 20 Noyabr 2019, 13:25 Qərbi Kaspi Universiteti Prezidentə müraciət edən qadının nəvəsini tanımadı 20 Noyabr 2019, 13:20 Sabahın hava PROQNOZU - Bakıya yağış, rayonlara sulu qar 20 Noyabr 2019, 13:12 Balakəndə narkobaron saxlanıldı - FOTO 20 Noyabr 2019, 13:11 Əfqanıstanda 13 hərbçi güllələndi 20 Noyabr 2019, 13:06 Xaçmaz və Şəkidə 5000 ton toxum emal olunub 20 Noyabr 2019, 12:58