Modern.az

ABŞ-da ölənlərin sayı on ildə ilk dəfə artıb

ABŞ-da ölənlərin sayı on ildə ilk dəfə artıb

Aktual

2 İyun 2016, 23:53

 

Son 10 ildə inkişaf etmiş ölkələrdə, bir qayda olaraq ölüm halları durmadan azalır. Modern.az xarici mediaya istinadən bildirir ki, ancaq ABŞ-da hazırda əks mənzərə müşahidə olunur.

Rəsmi statistikaya görə, ABŞ-da orta ölüm halı 2015-ci ildə hər 100 min əhali sayına nisbətdə 841,9 nəfər olub. Bir il əvvəl bu rəqəm 823,6 olub, bir sözlə, ölüm faktı təxminən 2,22 faiz çoxalıb.

Amerika hakimiyyəti ölənlərin sayının artmasının əsas səbəbini yüksək miqdarda narkotik qəbulu, həmçinin alsqeymer xəstəliyi və intiharlarla izah edir.

Bundan əvvəl, 2015-ci ildə məlum olub ki, Birləşmiş Ştatlarda uzun illərdən sonra ilk dəfə ali təhsili olmayan ağdərililər arasında artıb. Əhalinin ümumi ölüm faktı orta yaş həddindən asılıdır, əgər həmin yaş qrupu arasında ölüm faktı azdırsa, deməli, ümumi ölüm sayı da aşağıdır. Məhz buna görə ABŞ-da ümumi ölüm faktı təxminən Efiopiya, yaxud Qazaxıstanla eyni səviyyədədir. Halbuki Amerika ilə müqayisədə bu ölkələrdə səhiyyənin inkişafı kifayət qədər aşağıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı