Modern.az

Prezidentlərin görüşü razılaşdırıldı

Prezidentlərin görüşü razılaşdırıldı

Aktual

3 İyun 2016, 13:20

ATƏT-in Minsk Qrupunun həmsədrləri Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş keçirdikdən sonra birgə bəyanat yayıblar.

Modern.az ATƏT-in saytına istinadən xəbər verir ki, Minsk Qrupunun həmsədrləri təmas xəttində insidentlərin araşdırılması üçün mexanizm təklif etdiklərini deyib.

“Nazirlər münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiqləyib. Bundan başqa, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səlahiyyətləri genişləndirilib”.

Elmar Məmmədyarov və Edvard Nalbandyan prezidetlərin iyun görüşünü keçirilməsi barədə razılıq da əldə ediblər.

Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...