Modern.az

”Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu il yekunlaşacaq”

”Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu il yekunlaşacaq”

Aktual

3 İyun 2016, 22:15

“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu il yekunlaşacaq. Bu layihə həm Türkiyə, həm də Azərbaycan üçün əhəmiyyətlidir". Modern.az saytı xəbər verir ki, bunu ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Baş naziri Binali Yıldırım jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu Asiya və Avropanı birləşdirəcək.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası razılaşması əsasında inşa edilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı