Modern.az

Ağdaşlılar İqbal Ağazadəyə işsizlik problemindən şikayətlənib - FOTOLAR

Ağdaşlılar İqbal Ağazadəyə işsizlik problemindən şikayətlənib - FOTOLAR

Aktual

5 İyun 2016, 20:53

90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə namizəd İqbal Ağazadənin Seçki Qərargahı  qapı-qapı təbliğat kampaniyasını uğurla davam etdirir. Seçki qərargahından Modern.az saytına verilən məlumata görə, iyunun 4-də günün ikinci yarısı Qərargah üzvləri Ağdaş Rayonunun Pirkəkə və Cüvə kəndlərində, iyunun 5-də günün birinci yarısında isə Korarx, Şəkili  kəndlərində qapı-qapı  təbliğat kampaniyası aparıblar. Sakinlər ilə görüşən qərargah üzvləri seçicilərə təbliğat materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib, seçiciləri 18 iyunda seçkidə iştirak etməyə və İqbal Ağazadəyə səs verməyə çağırıblar. Seçicilər Qərargah üzvlərini mehribanlıqla qarşılayaraq İqbal Ağazadəni tanıdıqlarını, parlament fəaliyyətindən xəbərdar olduqları üçün  ona səs verəcəklərini bildiriblər. Artıq seçicilər arasında təbliğat kampaniyasına çoxlu sayda könüllü qoşulanlar var. Namizəd hər gün yüzlərlə seçici ilə  mobil telefon vasitəsi ilə əlaqə saxlayır, seçicilər qrup və fərdi qaydada İqbal Ağazadə ilə görüşərək ona dəstək ifadə edirlər. İqbal Ağazadəyə dəstək ifadə edənlər arasında  çoxlu sayda müxtəlif təbəqənin nümayəndələri var.

 

Sakinlər  kəndlərdə və rayonda olan əsas problemlərlə bağlı da qərargah üzvlərini məlumatlandırıb. Bəlli olub ki, hakimiyyət namizədi Cavid Osmanov  I müavin olduğu müddətdə bu kəndlərində problemləri  həll olunmayıb. Pirkəkə kəndinə qaz xətti çəkilsə də, hələ də evlərə təbii qaz verilməyib. İşisizlik, içməli su  problemi isə çox ciddidir,  yolar isə bərbaddır. Bəzi seçicilər isə ümumiyyətlə Cavid Osmanovu tanımadıqlarını bildiriblər.

 

İ.Ağazadənin qapı-qapı təbliğat kampaniyası və namizədin seçicilərlə görüşü davam edir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı