Modern.az

Türkiyədəki qəzada ölən məktəblilərin sayı 13-ə çatdı

Türkiyədəki qəzada ölən məktəblilərin sayı 13-ə çatdı

Aktual

6 İyun 2016, 00:16

Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, məktəblilərin ikisi xəstəxanaya çatdırıldıqdan sonra həyatlarını itiriblər.

Bildirilir ki, hadisə nəticəsində çox sayda yaralanan var. İlkin məlumata əsasən, qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.

Qeyd edək ki, Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobus su kanalına düşüb. Avtobusda 30-dan çox şagirdin olduğu bildirilir. Hadisə yerində xilasetmə əməliyyatı davam edir. Ölənlərin sayının artma ehtimalı var.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan