Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ölkədə dövlət çevrilişinə cəhdin qarşının alındığını bəyan edib. Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, biznesmen Toxtar Tuleşov torpaq islahatına etiraz edən kütləni toplayaraq hakimiyyəti zorla ələ keçirməyə cəhd edib.
Mayın 21-də Qazaxıstanın bir sıra şəhərlərində keçirilən etiraz aksiyalarının təşkilatçısı məhz Tuleşov olub.
Təhlükəsizlik qüvvələri həmin aksiyalara müdaxilə edərək 50 nəfəri inzibati məsuliyyətə cəlb edib.
İş adamının öz planlarını gerçəkləşdirmək üçün Qazaxıstanın hazırkı və sabiq dövlət xadimlərinin xidmətindən yararlandığı bildirilir.
Onun birlikdə Qazaxıstan Baş prokurorunun keçmiş 1-ci müavini İlyas Baxtıbayev, general-mayor Xibratulla Doskaliyev, yüksək rütbəli polis zabiti və daha 2 hərbi hissə komandiri saxlanılıb.
Vüqar İsmayılov