Modern.az

“Formula 1” yarışını işıqlandıracaq jurnalistlər bunu mütləq OXUSUN

“Formula 1” yarışını işıqlandıracaq jurnalistlər bunu mütləq OXUSUN

Aktual

6 İyun 2016, 13:33

 

"Formula 1" yarışları üçün web sayt və informasiya agentliklərinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən hələki göndərilməyib.

Modern.az-ın xəbərinə görə, bu gün "Formula 1" yarışlarına akkreditasiyadan keçmiş televiziya, radio, qəzetlərin adı açıqlanıb.

Lakin, web sayt və informasiya agentliklərinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən hələki göndərilməyib.

İyun ayının 10-na qədər adları təsdiqlənən web sayt və informasiya agentliklərinin qeydiyyat üçün müraciət etmiş əməkdaşları ayın 15-dən başlayaraq akkreditasiya vəsiqələrini əldə edə biləcəklər.

"Formula 1" yarışlarındakı akkreditasiyası təsdiqlənmiş media nümayəndələri Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə müqavilə bağlayacaq.

Müqaviləyə əsasən yarış maşınlarının hərəkət edəcəyi magistral yolda və digər yarış ətrafı ərazilərdə təhlükəsizlik qaydalarının pozulması məsuliyyəti media nümayəndələrinin üzərinə düşəcək.

Nəticə də isə gələn il üçün həmin media qurumunun akkreditasiyası ləğv ediləcək.

Bu gün keçirilən tədbir zamanı jurnalistlər "Formula 1" yarışlarının media mərkəzi ilə yaxından tanış olublar.

Ağa Akifoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan