İqbal Ağazadənin Seçki Qərargahı növbəti məlumatını yayıb. Modern.az-a daxil olan məlumatda deyilir:
"90 sayİı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə namizəd İqbal Ağazadənin Seçki Qərargahı qapı-qapı təbliğat kampaniyasını uğurla davam etdirir. Bu gun Qərargah üzvləri Ağdaş Rayonunun Türyançay qəsəbəsində qapı-qapı təbliğat kampaniyası aparıblar. Sakinlər ilə görüşən qərargah üzvlərimiz seçicilərə təbliğat materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib, seçiciləri 18 iyunda seçkidə iştirak etməyə və İqbal Ağazadəyə səs verməyə çağırıblar. Seçicilər ənənələrinə uyğun olaraq Qərargah üzvlərini mehribanlıqla qarşılayıblar, internet üzərindən İqbal Ağazadənin parlament fəaliyyətini bir daha araşdırdıqlarını və yaxından tanış olduqlarını bildiriblər. Qeyd ediblər ki, İqbal Ağazadə ağdaşlıların problemlərini parlamentə qaldıracaq yeganə namizəddir və bu səbəbdən ona səs verəcəklər. Çünki parlament fəaliyyəti zamanı hər zaman seçicilərin problemi ilə maraqlanıb, problemləri parlamentdə qaldırıb və həllinə çalışıb. Seçicilərdən bir çoxu kampaniya zamanı namizədlə bir başa telfonla əlaqə saxlayaraq dəstək ifadə ediblər.
Qeyd edək ki, hər gün 100-lə seçici mobil telefon vasitəsi ilə İ.Ağazadə ilə əlaqə saxlayır, seçicilər qrup və fərdi qaydada İqbal Ağazadə ilə görüşərək ona dəstək ifadə edirlər.İqbal Ağazadəyə dəstək ifadə edənlər arasında çoxlu sayda müxtəlif təbəqənin nümayəndələri var.
İ.Ağazadənin qapı-qapı təbliğat kampaniyası və namizədin seçicilərlə görüşü davam edir".