ABŞ prezidentliyinə namizəd Donald Tramp Liviya diktatoru Müəmmər Qəddafi ilə ticarət əlaqələrindən böyük məbləğdə pul qazandığını bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə seçiciləri ilə görüş zamanı deyib.
“Unutmayın ki, mən yeganə belə insanam. Xatirinizdədirsə, Qəddafi ilə sövdələşmədən böyük məbləğdə pul qazanmışdım”.
Milyarder 2009-ci ildə Liviya liderinin öz rəiyyəti ilə Amerikaya səfəri zamanı onun Bedford şəhərindəki mülkündə qaldıqlarını və buna görə çoxlu pul qazandığını deyib.
Vüqar İsmayılov