Modern.az

Bu il Göygölə gedən turistlərin sayı - RƏQƏM

Bu il Göygölə gedən turistlərin sayı - RƏQƏM

Aktual

6 İyun 2016, 17:47

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2016-cı il başlayandan bu günədək “Göygöl” qoruğunu ziyarət edən turistlərin sayını açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, bu il başlayandan iyunun 5-nədək qoruğu ziyarət edənlərin sayı 1570 nəfər olub:

“Ötən il ərzində 70 min turist “Göygöl”də olub. Bu il isə daha çox turistin ziyarəti gözlənilir”.

İ.İbarhimovanın sözlərinə görə, bu il ərzində ziyarətdə olan turistlərdən 120 nəfəri xaricilər olub.

2008-ci ildən “Göygöl”ə Milli Park statusu verilib. Göygöl Milli Parkının  yenidən kütləvi istirahət və gəzintilərə açılması ilə bağlı burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən təbiətin mühafizəsi və ekosistemin qorunması istiqamətində daimi nəzarət və   tədbirlər həyata keçirilib. 2015-ci ildən etibarən qoruq ziyarətçilər üçün açıq elan olunub.

 

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan