Modern.az

Ərdoğan Məhəmməd Əlinin dəfninə gedəcək

Ərdoğan Məhəmməd Əlinin dəfninə gedəcək

Aktual

6 İyun 2016, 17:53

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedəcək. Modern.az bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Dəfn iyunun 10-da Məhəmməd Əlinin doğma şəhəri Kentukki ştatının Luisville şəhərində olacaq. Yerli vaxtla gündüz saat 2-də KFC Yum Center stadionunda keçiriləcək mərasimdən sonra əfsanəvi boksçu Keyv Hipp qəbiristanlığında dəfn ediləcək.

Məhəmməd Əli iyunun 4-də uzunmüddətli xəstəlikdən sonra Finiksa xəstəxanasında dünyasını dəyişib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan