Modern.az

Avropa İttifaqının prezidentlərin görüşündən gözləntisi  

Avropa İttifaqının prezidentlərin görüşündən gözləntisi   

Aktual

6 İyun 2016, 20:04

 

“Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret addım olacağına ümid edir. Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ üzərində işləyirlər. Əlbəttə, biz bu prosesi alqışlayırıq və ümid edirik ki, prezidentlərin növbəti görüşü - əgər iyun ayında keçirilsə - münaqişənin nizamlanması istiqamətində konkret addım olacaq”. Modern.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Malena Mard bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə aparılan ortaq işlərdən biri də elektron kənd təsərrüfatı proqramlarının genişləndirilməsi ilə bağlıdır: “Bu da öz növbəsində subsidiyaların da təkmilləşdirilməsinə gətirib çıxaracaq. Əməkdaşlıq etdiyimiz digər istiqamət təhsil sahəsidir. Texniki peşə məktəbləri və ADA ilə kənd təsərrüfatı sahəsində təhsilin daha yüksək səviyyəyə çatdırılması üçün birgə işləyirik. Bununla yanaşı, baytarlıq xidməti sahəsində davam etməkdə olan tvinning layihəmiz mövcuddur”.

Onun fikrincə, Aİ üçün bu məsələ də gündəlikdə dayanan mühüm məsələdir.

Qeyd edək ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçirilmişdi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan