Modern.az

Prezident Azərbaycanla “Airbus Group” arasında əməkdaşlığı müzakirə edib

Prezident Azərbaycanla “Airbus Group” arasında əməkdaşlığı müzakirə edib

Aktual

6 İyun 2016, 20:29

 

Almaniyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Berlində “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşüb. Modern.az saytı xəbər verir ki, görüşdə Azərbaycanla “Airbus Group” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu bildirilib.

Müxtəlif sahələrdə, xüsusilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Airbus Group” arasında, o cümlədən kosmik sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan