Modern.az

Sevil Əliyeva oğlunun vitse-prezident olmasından DANIŞDI

Sevil Əliyeva oğlunun vitse-prezident olmasından DANIŞDI

Aktual

7 İyun 2016, 16:45

Sevil Əliyeva oğlu Azər Əliyevin Azərbaycan Ağır atletika Federasiyasının vitse-prezidenti təyin edilməsi ilə bağlı xəbəri virtualaz.org-a təsdiqləyib.

 

“Azər Əliyev Azərbaycana köçmək qərarı verib. O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var”, - Sevil Əliyeva deyib.

 

Sevil Əliyeva həmçinin bildirib ki, 30 yaşlı Azər Əliyev babasının – Heydər Əliyevin evində yaşayır.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı