“Əli İnsanova yeni cinayət işi açılması ilə bağlı yayılanlar tamamilə yalandır”. Bu haqda Modern.az saytına sabiq nazirin vəkili Toğrul Babayev məlumat verib.
O hazırda müvəkkili ilə görüşdən çıxdığını qeyd edib:
“Əli müəllimlə görüşə getdim. Məlumatlar tamamilə yalan və əsassızdır”.
Vəkil sabiq nazirin saxlanma şəraitində hər hansı narahatlıq olmadığını da vurğulayıb.
Qeyd edək ki, Əli İnsanova qarşı cinayət işi açılması barədə məlumatı hüquqşünas Namizəd Səfərov öz “Facebook” səhifəsində paylaşıb.
Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.
Gülşən RAUFQIZI