Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Abşeron rayonu, Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən agaclıq sahə yanır.
Modern.az xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.